Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2343

Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü iyunun 22-də Qəbələ şəhərində gerçəkləşib.

Nazir Qəbələ şəhər Mədəniyyət Mərkəzində Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazir Mədəniyyət Mərkəzi ilə tanış olub.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Şamaxı sakinləri mədəniyyət işçilərinə fəxri adların və mükafatların verilməsi, tarixi abidələrin restavrasiya olunması, Şamaxı Dövlət Rəsm Qalereyası üçün binanın tikilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

İsmayıllı sakinlərinin müraciətləri rayonda mədəniyyət işçiləri üçün kurort-sanatoriyanın tikilməsi, Lahıc folklor qrupuna “Xalq kollektivi” adının verilməsi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların sənətkarlarının və folklor qruplarının xarici ölkələrə səfərlərinin təşkili, Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi və ya mövcud binanın regional idarənin balansına verilməsi, Diyallı kənd Yaradıcılıq evinin dam örtüyünün təmir olunması və başqa məsələlər barədə olub.

Qəbələdən qəbula yazılan vətəndaşların müraciətləri tanınmış yazıçı və şairlərlə görüşlərin təşkili, kitabxanalara uşaqlar üçün intellektual oyunlara aid elektron nəşrlərin alınması, Xalq teatrının repertuarına uyğun səhnə əsərlərinin çap olunması, Heydər Əliyev Mərkəzinin fondunun zənginləşdirilməsi, İncəsənət məktəbində skripka sinfinin açılması barədə olub.

Ağsu sakinləri Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə tədris proqramına təkliflərini, rayon ərazisindəki tarixi abidələrin bərpa olunması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Qobustan sakinləri rayonun Nərimankənd adlanan hissəsində eramızdan əvvəlki dövrə aid olan mağaralara inventar nömrəsinin verilməsi, folklor qruplarına peşəkar mütəxəssislər tərəfindən köməklik göstərilməsi barədə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi