Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2446

Mədəniyyət naziri San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü

Mayın 3-də mədəniyyət naziri Əbülfəs Qarayev San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Qonaqları salamlayan Əbülfəs Qarayev ölkəmizin mədəniyyəti, həyata keçirilən beynəlxalq mədəniyyət tədbirləri haqqında məlumat verdi. Qeyd etdi ki, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqı əsrlər boyu özünün böyük mədəni irs nümunələrini yaradıb, gələcək nəsillərinə ötürüb. Bu mədəni irs nümunələri xalqımızın tarixini təcəssüm etdirməklə yanaşı, ölkəmizə gələn xarici qonaqların da diqqətini cəlb edir.

Əbülfəs Qarayev Avropa İttifaqının Tvinninq layihəsindən söz açdı. Bildirdi ki, layihənin məqsədi diqqəti mədəni irslə bağlı ehtiyaclara yönəltmək və Avropa ölkələrinin müvafiq təcrübə nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunda daha strateji idarəetmə modeli yaratmaqdır.

Daha sonra nazir Bakıda ənənəvi təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonaqlara məlumat verdi. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi”nə toxunan nazir bu layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini və əməkdaşlığın gücləndirilməsi istiqamətində əhəmiyyətini qeyd etdi. Vurğulandı ki, Azərbaycan bu sahədə San Marino ilə də əməkdaşlığın genişləndirilməsinə önəm verir: “Əsrlər boyu Azərbaycanda insanlar müxtəlif mədəniyyətlərin daşıyıcıları kimi mehriban və qardaşlıq şəraitində yaşayıblar. Multikulturalizm, etnik və dini müxtəliflik bizim xalqımızın sərvətidir. Bu gün də Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Biz öz təcrübəmizi başqaları ilə bölüşməkdən qürur duyuruq. Bunun üçün “Bakı Prosesi” önəmli platformadır”.

Əbülfəs Qarayev San Marino ilə mədəni əlaqələri gücləndirmək, təcrübə mübadiləsini təşkil etmək üçün böyük perspektivlərin olduğunu da diqqətə çatdırdı.

San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi də öz növbəsində nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Vurğuladı ki, San Marino iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıdır.

Qeyd olundu ki, San Marino da mədəniyyətlərarası dialoqa xüsusi önəm verir, bu istiqamətdə də bir sıra tədbirlərə ev sahibliyi edir.

Qonaq Azərbaycanla mədəni əlaqələrin, o cümlədən Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal işləməyə çalışacaqlarını bildirdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb