Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1589

Mədəniyyət naziri Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb

Noyabrın 16-da Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev və Azərbaycan nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin şəhərdəki Qoroxova küçəsi 6 saylı binanın fasadına vurulmuş barelyefinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Ulu öndər 1949-1950-ci illərdə bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil alıb. Xatirə lövhəsinin açılışı 2013-cü il dekabrın 12-də keçirilib.

Daha sonra nazir Tavriçeski Sarayına gələrək MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi Yuri Osipov ilə görüşüb.

Yuri Osipov naziri səmimi salamlayaraq bildirib ki, Parlamentlərarası Assambleya Sankt-Peterburqda yerləşən yeganə beynəlxalq təşkilatdır. Assamleya tarixi binada yerləşir, Tavriçeski Sarayı ötən əsrin əvvəlində Rusiya İmperiyasının ilk Dövlət Dumasının binası olub.

Nazir Əbülfəs Qarayev səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, mədəniyyət sahəsində layihələrdə, bu sahədə təcrübə mübadiləsində xüsusilə maraqlı olduğumuzu diqqətə çatdırıb. Müasir kitabxana, mədəniyyət evləri, klublar, digər mədəniyyət obyektlərinin fəaliyyəti il bağlı ölkələrimizin keçmişdə oxşar təcrübəyə malik olduğu deyən nazir 2019-cu ilin MDB-də “Kitab ili” elan olunmasının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə kitabxanaların müasirləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin gənc yazarların ümumi nəşrinin hazırlanıb çap edilməsi təklif edilib.

Söhbət əsnasında parlamentarizm ənənələrindən danışan nazir bu il Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cümhuriyyəti) 100 illiyinin qeyd olunduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan Demokratik Respublikası müsəlman Şərqində ilk parlamentli respublika kimi qadınlara səsvermə hüququnu təmin edən, demokratik ənənələrin əsasını qoyan ilk respublika kimi tarixə düşmüşdür.

Sonra Çar Rusiyasında ilk azərbaycanlı deputat Əlimərdan bəy Topçubaşovun müsəlman fraksiyasının üzvü kimi o dönəmki fəaliyyətindən və ADR-də oynadığı böyük roldan söhbət açıldı.

Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurası baş katibin müavini, Azərbaycan Milli Məclisinin təşkilatdakı nümayəndəsi Aydın Cəfərov iştirak edib.

Azərbaycan nümayəndə heyəti üçün Tavriçeski Sarayının tarixi ilə bağlı qısa ekskursiya da təşkil edilib. Nazir Əbülfəs Qarayev Ə.Topçubaşovun 2014-cü ildə həmin sarayda qoyulmuş büstünü ziyarət etdi və xatirə şəkli çəkdirdi.

Nazir Əbülfəs Qarayev Sankt-Peterburqda Rusiya Dövlət Ermitajını da ziyarət edib, dünyaca məşhur muzeyin bir sıra ekspozisiya zalları ilə tanış olub.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov naziri müşayiət edib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb