Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1446

Mədəniyyət naziri Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 9-da Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru, Mədəniyyət və İncəsənət Təhsil Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Vladimir Malışevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rusiya nümayəndə heyəti “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində ölkəmizdə səfərdədir.

Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Nazir qeyd edib ki, kinematoqrafiya ilə bağlı birgə təşəbbüs və layihələrin həyata keçirilməsi iki ölkənin mədəni əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfə olardı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlığa dair sazişin imzalanmasına toxunan nazir vurğulayıb ki, bu, birgə tədbirlərin, konfransların, ustad dərslərinin, tələbə mübadiləsinin təşkil olunmasına xidmət edəcək.

S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru Vladimir Malışev Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində aprelin 8-dən 12-dək Bakıda yubileyə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinə görə nazirə təşəkkürünü bildirib. Qonaq iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professorları – Rusiyanın xalq artistləri Vladimir Fokin,  institutun kafedra müdiri Vladimir Xotinenko, institutun emalatxana rəhbəri Tatyana Yakovlyova, tədris-yaradıcılıq emalatxanasının rəhbəri İqor Klebanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova  da iştirak ediblər.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb