Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
637

Mədəniyyət naziri Xalq artisti İlham Namiq Kamalı yubileyi münasibətilə təbrik edib

Yanvarın 9-da Xalq artisti, tanınmış teatr və kino xadimi İlham Namiq Kamalın anadan olmasının 70 ili tamam olur.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev yubiley münasibətilə sənətkarı təbrik edib. Nazir təbrik məktubunda Xalq artistinin milli teatr sənətinin inkişafında fəaliyyətini yüksək qiymətləndirərək, ona 70 illiyi münasibətilə ən xoş arzularını çatdırıb.

“Siz respublikamızın tanınıb-seçilən, sevilən sənətçilərindən birisiniz. 50 ildən artıq bir dövrü əhatə edən dolğun yaradıcılığınız sənətsevərlərin məhəbbətini qazanmışdır”, - deyə təbrik məktubunda vurğulanır.

Qeyd olunur ki, respublikamızın teatr ictimaiyyəti istedadlı aktyorun yaradıcılığını  yaxından izləyir. Bu illər ərzində onun yaratdığı bir çox obrazlar – Xan, Müsyo Jordan, dərviş Məstəlişah (“Lənkəran xanının vəziri”, “Müsyo Jordan və dərviş Məstəlişah”, M.F.Axundzadə), Səfər (“Əks-səda”, N.Xəzri), Qubad, Cəmil, İran şahzadəsi (“Bağlardan gələn səs”, “Unuda bilmirəm”, “Xurşidbanu Natəvan”, İ.Əfəndiyev), Firuz, Lağlağı, Tarik Tərlan (“Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm…”, “Adamın adamı”, Anar), Camal (“Nişanlı qız”, S.Rəhman), Canəli (“Qarabağ əfsanəsi”, Q.Rəsulov), Narçın (“Qanlı Nigar”, S.Şendil), Kinto, Doktor Qaratay (“Knyaz”, “Afət”, H.Cavid), Kişi (“Mənim ərim dəlidir”, Elçin), Zaman Həsənli (“Bu dünyanın adamları” N.Orucov), Sarı (“Varlı qadın”, Ə.Əmirli), Mərcan bəy (“Ər və arvad” Ü.Hacıbəyli) və başqa rollar maraqla qarşılanıb.

Minlərlə kinosevər sənətkarı İlqar (“Qaynana”), Əbdürrəhman (“Qəribə adam”), Jurnalist (“Uzun ömrün akkordları”), Əli (“Qızıl qaz”), Anar (“Bəyin oğurlanması”) kimi kino qəhrəmanlarının adı ilə də tanıyır və sevir.

Təbrik məktubunda daha sonra deyilir: “Əminəm ki, bundan sonra da qazandığınız bilik və təcrübənizi bölüşəcək, milli mədəniyyətimizin inkişafında öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz. Sənətdə əldə etdiyiniz nailiyyətlərə görə Siz ən yüksək fəxri adlara və mükafatlara layiq görülmüsünüz. Yüksək təltifləriniz Sizi tanıyıb sevənlərin qəlbini bu gün də qürurlandırır.

Bu fərəhli gündə anadan olmağınızın 70 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram”.

 

XƏBƏRLƏR

22.01.2019 11:10
Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək
22.01.2019 09:55
Azərbaycan Respublikasının mədəniyyət naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək
21.01.2019 16:44
Ofeliya Aslan Musiqili Teatrda yad ediləcək
21.01.2019 12:31
Şərqdə ilk opera yazan qadın bəstəkar
21.01.2019 11:43
Avey qoruğundakı Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
20.01.2019 17:36
20 yanvar faciəsinə həsr olunmuş “Əsir qadın” tamaşası nümayiş olundu
20.01.2019 17:34
Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub
20.01.2019 13:51
Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20.01.2019 12:20
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirilib
19.01.2019 19:49
Filarmoniyada hüzn və qürur gününə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2019 16:57
Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək
19.01.2019 16:33
Sumqayıtda “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirildi
19.01.2019 15:26
Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik günü - 20 yanvar hadisələri Özbəkistanda anıldı
18.01.2019 17:30
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18.01.2019 17:04
Sabirabaddda vətənpərvərlik mövzusunda tədbirlər keçirildi
18.01.2019 16:32
20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş “Tarixiləşən Yaddaşımız” adlı tədbir keçirilmişdir.
18.01.2019 11:01
Daşkənddəki “Məhəllə” televiziya kanalında Azərbaycan mədəniyyətinə dair proqram yayımlanıb
18.01.2019 10:51
“Azadlıq aşiqləri günü-20 Yanvar” rəsm müsabiqənin yekun sərgisi açılıb
17.01.2019 18:13
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.01.2019 16:42
Respublika Gənclər Kitabxanası tərəfindən “20 yanvar” faciəsinə həsr edilmiş tədbirlər keçirildi
17.01.2019 15:18
Milli Kitabxanada “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi
17.01.2019 14:56
"Boqema" operasının tamaşasında opera ulduzları iştirak edəcəklər
17.01.2019 14:49
Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub