Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4738

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimində iştirak edib

Aprelin 20-də Qırğızıstanda “Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycanı tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Açılış mərasimindən əvvəl Qırğızıstanın Oş şəhərinin meri Taalaybek Sarıbaşov şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün buraya gələn xarici qonaqlarla görüşüb. Görüşdə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb.

Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Azərbaycanın mədəniyyət nazirinin müavini Rafiq Bayramov Türkiyə və Qazaxıstanın mədəniyyət nazirlərinin müavinləri Əhməd Xaluk Dursun və Eldos Ramazanov, Özbəkistan, Türkmənistan və digər ölkələrin nümayəndələri Oşun "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

Açılış mərasimində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov çıxış edərək ölkəsində yaşayan xalqları təbrik edib, qədim Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasından qürur duyduğunu bildirib. Prezident bu qədim şəhərin tarixi abidələri və tanınmış şəxsiyyətləri haqqında danışıb. Dövlət başçısı deyib ki, bu bayrama Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Serbiya, Bosniya və Herseqovina, Makedoniya və digər ölkələrdən incəsənət ustaları qatılıblar.

Sonra çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bildirib ki, Oş şəhərinin üç min ildən artıq yaşı var və Böyük İpək Yolu üzərində yerləşdiyindən onun zəngin mədəniyyəti və ənənələri formalaşıb.

Mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, hökumətin və Joqorku Keneşin (parlament) üzvləri, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, UNESCO və İSESCO-nun yüksək səviyyəli təmsilçiləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistandan nümayəndə heyətləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sonda TÜRKSOY-un üzvü olan və digər ölkələrin incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim olunub.

*      *      *

“Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində tədbirlər davam edib.

Sözügedən layihə çərçivəsində türk dövlətlərinin etnofestivalı keçirilib. Festivalda Oş vilayətinin bütün rayonları öz adət-ənənələrini, mətbəx nümunələrini, geyimlərini, musiqilərini təqdim ediblər. Qırğızıstanda məşhur olan “Manas”ın təbliğatçıları eposdan parçalar söyləyiblər. Həmçinin iştirakçı ölkələrin musiqiləri səsləndirilib.

Aprelin 21-də Oş Vilayət Dram Teatrında ssenarisinin müəllifi Kayrat İmanaliev, rejissoru Marat Kozukeev olan “Qorqud Ata” tamaşası nümayiş etdirilib.

Tamaşanın nümayişindən əvvəl “Dədə Qorqud, Qorqud Ata türkdilli xalqların əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən ozandır. Bu tamaşa Türkiyədə və Qazaxıstanda teatr festivallarında nümayiş etdirilib və mükafatlar qazanıb.- deyə vurğulanıb.

Daha sonra Sulayman-Too dağının ətrafındakı Alimbek Datka etnoqrafik kompleksində “Suleyman Too dağında türkdilli xalqların mədəniyyəti” adlı böyük mədəni tədbir keçirilib.

Tədbirdə türkdilli dövlətlərin milli geyimlərinin nümayişi, fotosərgi, rəsm çəkmək üzrə ustad dərsləri, suvenirlərin satışı təşkil olunub.

Həmçinin teatrlaşdırılmış səhnələr, iştirakçı ölkələrin milli rəqsləri və musiqiləri ifa edilib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib