Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3665

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Pyemonte regionunda tədqiqat səfərindədir

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 dekabr tarixində İtaliya Respublikasının Pyemonte regionunda “Inteqrasiyalı idarəetmənin planlaşdırılması” mövzusunda Tvinning layihəsində tərəfdaş olmuş İtaliyanın Mədəni İrs və Fəaliyyətlər Nazirliyi ilə birgə hazırlanmış tədqiqat səfərində iştirak edir.

Səfərin əsas məqsədi “İnteqrasiyalı idarəetmə planı”nın icrası və ölkədə daha geniş miqyasda  tətbiqinin yaxından araşdırılmasıdır.

Qeyd olunan proqram çərçivəsində nümayəndə heyəti “İtaliyada mədəni irsin təşkili və idarə olunması: Milli səviyyədən yerli səviyyəyə qədər” mövzusunda İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndələri ilə Turində görüş keçirmiş və İtaliyanın dövlət mədəniyyət müəssisələrinin fəaliyyətləri, onların planlaşdırılması və həyata keçirilməsi ilə tanış olmuşlar. Səfər çərçivəsində həmçinin regionun Asti və Alba əyalətlərinə də səfər həyata keçirilmiş və səfər çərçivəsində nümayəndə heyəti “Asti Əyalətinin Tarixi Kəndləri” – tarixi mərkəzi ictimai yerlərin müasirləşdirilməsi layihəsi, eləcə də Qoriya Fondu və Asti Muzey Fondu, YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Lanqe Roero və Monferrato əraziləri ilə tanış olmuşlar.

Qeyd edək ki, 2016-2018-ci illərdə həyata keçirilən “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinə əsasən İsmayıllı  regional Mədəniyyət İdarəsi pilot region müəyyən edilmiş və İtaliya  təcrübəsi nəzərə alınaraq “İnteqrasiyalı idarəetmə plani” hazırlanmışdır.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib