Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2132

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Türkmənistan nümayəndə heyəti ilə görüşüb

14 fevral 2019-cu il tarixində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Türkmənistan nümayəndə heyəti arasında görüş keçirildi.

Görüşdə Türkmənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri İsanquliyev Mekan, Türkmən Milli Xalça Muzeyinin direktoru Maya Aşirova, Mədəniyyət Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova və digər qonaqlar iştirak etmişdir.

Görüş zamanı nazir müavini Sevda Məmmədəliyeva Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkələr arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində aparılan işləri vurğuladı.

Həmçinin görüşdə 15 fevral 2019-cu il tarixində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının Azərbaycan Xalça Muzeyində sərgisinin keçirilməsinin əhəmiyyətindən danışıldı. Həmçinin, gələcəkdə ölkələr arası mədəniyyət sahəsinin bütün istiqamətlərində, o cümlədən muzeylərarası əlaqələrin genişləndirilməsi, eyni türk soyu olan iki xalqın mədəniyyəti, ilgili əlaqələri dünya ictimaiyyətinə nümayiş olunması və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına birgə mədəni dəyərlərin daxil edilməsi məqsədilə layihələr üzərində müvafiq işlərin aparılmasının vacibliyi qeyd edildi. Eyni zamanda TÜRKSOY təşkilatı ilə müştərək sərgi layihələrinin təqdimatı üçün əməkdaşlığın inkişaf etdirilməsi kimi əhəmiyyətli məsələlər müzakirə edildi.   

Gələcək əməkdaşlığa dair aşağıda qeyd olunan məsələlər ətrafında müzakirələr aparıldı:

  • May ayında Türkmənistanın Aşqabad şəhərində keçiriləcək Türkmən xalçasına həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakı;
  • Yaz aylarında Türkmənistan Kukla Teatrının Bakı şəhərinə qastrol səfəri;
  • Azərbaycan Xalça Muzeyinin Rusiyanın Moskva şəhərində böyük uğurla təqdim etdiyi “Yeddi Gözəl” adlı layihəsinin Aşqabad şəhərində nümayişi;
  • Atçılıqla bağlı birgə layihənin hazırlanması;
  • Yaz və yay aylarında Gəncə şəhərində dahi Türkmən şairi Maxtumkulinin həyatı və yaradıcılığına həsr olunacaq konfransın təşkili.

Səfir İsanquliyev Mekan və muzeyin direktoru Maya Aşirova Türkmən nümayəndə heyətinin Azərbaycanda yüksək səviyyədə qəbulu, sərginin təşkili ilə bağlı lazımi şəraitin yaradılması və hazırlıq işlərinin həyata keçirilməsinə görə Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını bildirdilər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb