Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
650

Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq sənədi imzalandı

Böyük Britaniyaya səfəri çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev British Council-ın rəhbəri Kristofer Rodriges ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak etmişdir.

Görüş zamanı Azərbaycan və British Council arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Əbülfəs Qarayev British Council ilə uzun illər ərzində davam edən sıx əməkdaşlıq nəticəsində həm teatr, həm də mədəniyyətin digər sahələrində qarşılıqlı əlaqələrin daha da dərinləşdiyini qeyd etmişdir. Nazir xüsusilə 2018-ci ildən etibarən Mədəniyyət Nazirliyinin British Council ilə ölkədə mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürdüyünü və British Council tərəfindən bu təkliflərin dəstəkləndiyini bildirmişdir. Artıq Mədəniyyət Nazirliyinin British Council ilə əməkdaşlığı nəticəsində xarici ekspertlərlə birgə ölkəmizdə mədəni sənayelərin vəziyyəti ilə bağlı hesabat hazırlanmışdır və hazırda Yol Xəritəsi layihəsi üzərində iş aparılır.

Bununla yanaşı British Council ilə fiziki məhdudiyyətli şəxslərin mədəni həyata inteqrasiyası ilə  bağlı bir sıra layihələr həyata keçirilmişdir ki, bu da həmin şəxslərin mədəni həyatda iştirakının artmasına kömək etmişdir.

British Council-ın rəhbəri Kristofer Rodriges Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ölkəmizin inkişafını diqqətlə izlədiyini və humanitar sahənin bütün istiqamətlərində birgə əməkdaşlığa hazır olduğunu qeyd etmiş və bildirmişdir ki, British Council-ın bir çox ölkələrlə həyata keçirdiyi layihələr mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir.

Əbülfəs Qarayev öz növbəsində Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” və bu çərçivədə həyata keçirilən beynəlxalq tədbirlər barədə məlumat vermişdir. Həmçinin nazir cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirərək Forumda British Council-ın rəhbərliyini görməkdən məmnun olacağını qeyd etmişdir.

Görüşün sonunda Mədəniyyət Nazirliyi ilə British Council arasında Niyyət Sazişi imzalanmışdır. Bu saziş Azərbaycanla British Council arasında beş il müddətində gələcək əməkdaşlığın fəaliyyət proqramını müəyyən edəcək və bu fəaliyyət proqramı mədəniyyətin bütün istiqamətlərini əhatə edəcəkdir.

Görüşün sonunda Ə.Qarayev British Council-ın rəhbərinə öz təşəkkürünü bildirərək onu may ayında Bakıda keçiriləcək 5-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət etmişdir.

 

XƏBƏRLƏR

22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək
18.05.2019 18:23
18 may dünyanın hər yerində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur