Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4473

Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

Kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış “Qafqaz üçlüyü” filmi son illər ermənipərəst dairələrin Azərbaycan dövlətinə və xalqına qarşı apardığı məqsədli iftira, qarayaxma kampaniyasının tərkib hissəsidir və ikrah doğuran bir fakt kimi bütün cəmiyyətimiz tərəfindən qəti şəkildə pislənilir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti başlayan ilk gündən düşmən ölkənin, dünyadakı erməni lobbisinin bütün resursları Azərbaycan xalqını qəddar, davakar, ermənilərə qənim kəsilmiş bir xalq olaraq tanıtmağa və bununla Dağlıq Qarabağdakı separatçılığa əsas qazandırmağa yönəldilib. Təəssüf ki, bu işdə bəzi “sapı özümüzdən olan”lar da düşmənin məkrinə alət olaraq doğulduğu torpağa, mənsub olduğu xalqa qarşı çirkin fəaliyyət göstərirlər.

Rüstəm İbrahimbəyovun bu istiqamətdə fəaliyyəti artıq neçə illərdir ki, davam edir və o, çoxdan tükənmiş “yaradıcılıq gücü”nü şəxsi maraqlar naminə erməni ünsürlərlə əlbir olaraq Azərbaycan xalqını aşağılamaq, onu mədəniyyətsiz, milli kökləri olmayan xalq kimi göstərmək yolunda sərf edir. “Qafqaz üçlüyü” filmi bu idbar, eybəcər yaradıcılığın daha bir nümunəsidir. İndiyədək müxtəlif müsahibələrində ermənilərin ünvanına səsləndirdiyi rəğbət dolu fikirlər, Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd qüvvələrin günahkar olduğunu dilə gətirməsi onun bu mövqeyini cəmiyyətə yetərincə nümayiş etdirib.

“Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını riyakar, mədəniyyətsiz kimi təqdim etmək zaman-zaman erməni diaspor təşkilatlarının, erməni millətçilərinin apardıqları anti-Azərbaycan təbliğatının davamıdır. Bu filmin ortaya çıxması Rüstəm İbrahimbəyovun əsl simasını bir daha ortaya qoyur.

Son illərdə bədii dəyərə malik bir ekran əsəri, kino layihəsi ilə ortaya çıxarmağa müvəffəq olmayan Rüstəm İbrahimbəyov yalnız belə siyasi sifarişli, məqsədli “film”-parodiyalarla gündəmdə qalmağa çalışır. Başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulan “Qafqaz üçlüyü” filminin onun yaradıcılıq bioqrafiyasında qara ləkə olaraq qalacağı şübhə doğurmur və Rüstəm İbrahimbəyov bununla Azərbaycan xalqının haqlı nifrətini qazanmışdır.

Mədəniyyət Nazirliyi Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Azərbaycan xalqını aşağılayan, onun milli hisslərini təhqir edən, cılız siyasi məqsədlər güdən belə bir eybəcər “film”in çəkilməsini qəti şəkildə pisləyir, yaradıcılığının son illərini vətənə, içərisindən çıxdığı xalqa dönük insan olaraq yaşayan kinodramaturqun bu ikrah doğuran əməllərindən dərin təəssüf hissi keçirdiyini bəyan edir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb