Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
322

Mədəniyyət Nazirliyində regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi

İyulun 12-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə nazirlikdə aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin – rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.

Müşavirədə nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, 15 regional mədəniyyət idarəsinin rayonlar üzrə nümayəndələri iştirak edirdi.

Gündəlikdə duran məsələlər barədə məlumat verən Rafiq Bayramov Mədəniyyət Nazirliyində aparılan son islahatların əhəmiyyətindən danışdı. Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzaladığını diqqətə çatdıran nazir müavini qeyd etdi ki, fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub.

Vurğulandı ki, müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirə edilməsidir: “Artıq nazirlikdə yeni struktur tam formalaşıb. Bundan sonra regionlarla daha sıx işləyərək qarşımıza qoyulan məqsədlərə nail olacağıq. Buna görə də belə görüşlərin mütəmadi təşkil olunması vacibdir. Bu həm regionlardakı mədəniyyət müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, həm də gələcək fəaliyyət üçün istiqamətlərin müəyyən olunmasına töhfə verə bilər”.

Rafiq Bayramov qeyd etdi ki, regional idarələrin fəaliyyətinin təmin olunması üçün nazirliyin tərkibində Regional siyasət şöbəsi və iki sektor - Təhsil müəssisələri ilə iş və Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb. Həyata keçirilən son struktur dəyişikliklərindən sonra mədəniyyət sahəsinə ayrılan diqqət daha da artırılacaq.

Nazir müavini regional idarələrlə yeni yaradılan Regional siyasət şöbəsinin qurulacaq iş prinsipləri haqqında da danışdı, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını bildirdi.

Müşavirədə çıxış edən Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli həyata keçirilən islahatlar nəticəsində regional idarələrlə qurulacaq işin prinsiplərindən söz açdı. Qeyd etdi ki, təkcə regional mədəniyyət idarələrinin yerləşdiyi rayonlar deyil, tabelikdə olan rayonlar üzrə nümayəndələr də bizimlə sıx əlaqələr qurmalıdırlar. Bildirildi ki, mədəniyyət sahəsində regional idarəçiliyə keçilməsi bir sıra məsələlərin həllinin effektivliyini təmin edib. Yeni strukturun müəyyən olunmasından sonra regionlarda mədəniyyətin inkişafına xüsusi diqqət ayrılıb: “Üzərimizə qoyulan böyük vəzifələr var. Biz bu məsələlərin həll olunması üçün yeni planlar hazırlamalıyıq. Ona görə də regionlarda mədəniyyətin inkişafı, göstərilən xidmətlərin səviyyəsinin artırılması üçün yerlərdən təkliflər gözləyirik. Belə olan halda mədəniyyət sahəsinin inkişafı daha effektli olacaq”.

Qeyd olundu ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılmasında ixtisaslı kadrların işə cəlb olunması vacib məqamlardandır. Buna görə də regional idarələrə tabe müəssisələrin ixtisaslı kadrlarla təmin olunması diqqət mərkəzində saxlanılacaq.

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək regional idarələrin və onlara tabe rayonların mətbuatla iş prinsiplərinin qurulmasından danışdı: “Aparılan islahatlardan sonra nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin işi daha da genişlənəcək. Nazirlik tərəfindən həyata keçirilən tədbirlərin işıqlandırılması, regionlarda təşkil olunan tədbirlərin, sərgilərin mətbuatda, televiziyalarda geniş işıqlandırılması diqqətdə saxlanılacaq. Eyni zamanda regionlarda keçirilən tədbirlər və regionların mədəni həyatı ilə bağlı geniş məqalələr dərc olunmalıdır. Nazirliyin mətbu orqanları ilə də sıx əməkdaşlıq qurulmalıdır. Bunun üçün İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq hər cür dəstək verməyə hazırıq”.

Şöbə müdiri mətbuatla əməkdaşlıq üçün regional idarələrə bu sahə üzrə bacarıqlı kadrların işə cəlb olunmasının vacibliyini də qeyd etdi.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov, Şuşa rayonu üzrə nümayəndə Zahid Abbasov, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə və başqaları çıxış edərək regionlarda həyata keçirilən tədbirlərdən danışdılar. Gələcək fəaliyyətin yüksəldilməsi üçün atılmalı olan məsələlər diqqətə çatdırıldı.

Tədbir struktur islahatları, regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin – rayonlar üzrə nümayəndələrinin fəaliyyətinin gücləndirilməsi məsələlərinin müzakirəsi ilə davam etdi, fikir mübadiləsi aparıldı.

Müşavirənin sonunda Rafiq Bayramov regionlarda keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin genişləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.

XƏBƏRLƏR

22.09.2018 20:09
Nazir Əbülfəs Qarayev Moskva Hökumətinin naziri Aleksandr Kibovski ilə görüşmüşdür
21.09.2018 17:10
Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibəti ilə kitab sərgisi keçirildi
21.09.2018 16:35
Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalı Xalq yazıçısı Anara təqdim olundu
21.09.2018 15:41
Akademik Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası olacaq
21.09.2018 15:34
Bakıda SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək
21.09.2018 14:58
Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomu təqdim olunub
21.09.2018 14:29
Respublika Gənclər Kitabxanasında Beynəlxalq Sülh Günü münasibəti ilə “Dünyanı sülhə səsləyək” adı altında dəyirmi masa keçirilib
21.09.2018 14:15
Azərbaycan Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub
21.09.2018 10:02
Görkəmli opera müğənnisi Firəngiz Əhmədovanın 90 illiyi qeyd olundu
21.09.2018 09:59
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
21.09.2018 09:45
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” Kamera Orkestrinin təqdimatı keçirildi
20.09.2018 11:33
“Üzeyir Hacıbəylinin musiqisi əbədidir” adlı konsert təqdim olundu
20.09.2018 10:34
Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalında iştirak edəcək
20.09.2018 10:27
YUNESKO-nun Mərkəzi Asiya üzrə koordinatoru Bakıda beynəlxalq simpoziuma qatılacaq
19.09.2018 16:47
Akademik Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası keçiriləcək
19.09.2018 16:43
“Don Kixot” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində
19.09.2018 16:17
Dövlət başçısının sərəncamları ilə təltif olunan sənət adamları mükafatlandırıldı
19.09.2018 15:50
Musiqili Teatrda yeni tamaşaya baxış keçirilib
19.09.2018 14:59
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimat mərasimi keçiriləcək
19.09.2018 14:38
Özbəkistanda keçirilən “Tasanno-2018” adlı milli mətbəx festivalında Azərbaycan təmsil olunub
19.09.2018 10:53
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrin tanınmış musiqiçi və kollektivlərini bir araya gətirib
18.09.2018 18:30
Musiqinin müxtəlif janrlarında şah əsərlər yaradan dahi bəstəkar
18.09.2018 17:45
Ağdaşda Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
18.09.2018 17:40
Milli Kitabxanada “18 sentyabr - Milli musiqi günü” adlı geniş kitab sərgisinin açılışı keçirilmişdir
18.09.2018 15:35
Lənkəran teatrı yeni mövsümə Biləsuvarda başlayayıb
18.09.2018 14:51
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2018 14:12
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilib
18.09.2018 00:00
Sabirabadda “100 illik tariximiz” mövzusunda tədbir keçirilmişdir