Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
794

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görmüşdür

Xalq yazıçısı Anarın “Söz dünyası” kitabının birinci cildi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür.

Kitaba müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxildir. Ədəbiyyatımızın və incəsənətimizin zənginliyindən, ayrı-ayrı görkəmli şəxsiyyətlərindən bəhs edən kitab Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin böyük təəssübkeşi və hamisi Ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.

Kitab zəngin mədəni irsimizlə maraqlanan oxucular, eləcə də gələcək nəsillər üçün faydalı olacaqdır.

Görkəmli nasir və şair, Əməkdar incəsənət xadimi Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür.

Kitabın birinci cildində yazıçının əlli ilə yaxındır sevilə-sevilə oxunan “Vicdan susanda” romanı, həmçinin “Həyat bizi sınayır” və “Ana intiqamı” povestləri, ikinci cildində isə “Müqəddəs ocaq”, “Ömürlük əzab” romanları və “Mənim gizlinlərim” memuarı daxil edilmişdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı