Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3812

“Mədəniyyət” qəzetinin “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılışı çapdan çıxıb

“Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini yüksəltmək deməkdir”. Ümummilli lider Heydər Əliyevin mütəfəkkir şairin 600 illiyi ilə bağlı  dediyi bu sözlər “Mədəniyyət” qəzetinin yenicə çapdan çıxan “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılışında diqqətə çatdırılır.

Böyük şairin 650 illiyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamlarının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən müxtəlif dövlət qurumları, o cümlədən Mədəniyyət Nazirliyi tərəfindən silsilə layihələr həyata keçirilir. Eyni zamanda dövlət başçısının sərəncamlarına uyğun olaraq Mədəniyyət Nazirliyinin əmri ilə Tədbirlər Planı hazırlanaraq icra olunmaqdadır. Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi, bədii qiraət, rəsm müsabiqələri kimi silsilə tədbirlər nazirliyin mətbu orqanı olan “Mədəniyyət” qəzetində davamlı şəkildə işıqlandırılır. Bundan əlavə, qəzetin “Afişa” əlavəsinin aprel, may buraxılışlarında Nəsimi irsinə xüsusi yer ayrılıb.

“İmadəddin Nəsimi 650” xüsusi buraxılışı dahi şairin yubileyinə, “Nəsimi ili”nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini bir daha məcmu halda oxuculara təqdim edir. Nəfis tərtibatlı, rəngli, 48 səhifəlik xüsusi buraxılış “Mədəniyyət” qəzeti və “Baku Guide” MMC-nin birgə nəşri olaraq ərsəyə gəlib. 

Dahi şairin 650 illiyi və “Nəsimi ili” haqqında ölkə başçısının sərəncamları ilə açılan nəşrdə qeyd edilir ki, Nəsiminin zəngin irsinin belə geniş miqyasda təbliği Azərbaycan xalqının çoxəsrlik tarixə malik mədəniyyət və ədəbiyyatının növbəti təntənəsidir. Vurğulanır ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması, yaradıcılığının tədqiqi və təbliği, dünyada tanıdılması ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi təkcə böyük şairin deyil, ümumilikdə Azərbaycanın dünyaya təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

“Xalq öz dühaları ilə dünyada tanınır” başlıqlı yazıda bu barədə ətraflı bəhs edilir. Heydər Əliyev 1973-cü il sentyabrın 14-də Nəsiminin 600 illiyinə həsr olunan mərasimdə bu yubileyin əhəmiyyətini vurğulayaraq demişdi: “Bu günlər qədim Azərbaycan torpağında böyük bayramdır, poeziya bayramı, ədəbiyyat bayramı, bədii söz bayramıdır. Bəşəriyyət onu mənəvi cəhətdən zənginləşdirən simaları həmişə yüksək qiymətləndirmişdir. Azərbaycan xalqı öz böyük övladlarının – Nizaminin, Xaqaninin, Füzulinin və başqalarının adlarını iftixarla çəkir. Bu gün isə biz Azərbaycan və dünya poeziyasının parlaq ulduzu İmadəddin Nəsiminin yubileyini qeyd edirik”.

Yazıda qeyd olunur ki, həmin dövrdən etibarən şairin yaradıcılığı ilə bağlı araşdırmalar genişləndi, müxtəlif dillərə tərcümə edilmiş kitabları işıq üzü gördü. Nəsimi haqqında bədii əsərlər, təsviri sənət, ekran və səhnə əsərləri yarandı, 1979-cu ildə Bakıda şairin möhtəşəm abidəsi ucaldıldı, xatirəsi şəhər və rayonlarda əbədiləşdirildi. Bütün bunlar, ulu öndərin dediyi kimi, Nəsimin yenidən doğuluşu, Nəsimi irsinin intibahı idi.

Ümummilli liderin mədəni irsimizə, böyük söz-sənət xadimlərinin xatirəsinə diqqət və qayğısı bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir. Nəsimi yeganə Azərbaycan şairidir ki, son yarım əsrdə yubileyi iki dəfə UNESCO-da qeyd edilib. 2017-ci ilin 18 mayında Parisdə şairin vəfatının 600-cü ildönümü münasibətilə keçirilən mərasim dünya poeziyasında parlaq iz qoymuş Nəsimiyə bəşəri ehtiramı bir daha nümayiş etdirdi. Nəşrdə bu əlamətdar hadisə də xatırlanır. Bundan əlavə, 2018-ci ildə ilk dəfə gerçəkləşən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifi olduğu Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalından söz açılır. Qeyd olunur ki, Heydər Əliyev Fondunun layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin payızında ölkəmizdə ikinci dəfə Nəsimi festivalı keçiriləcək.

Xüsusi buraxılışda “Nəsimi ili” çərçivəsində xarici ölkələrdə keçirilən tədbirlərdən də bəhs olunur. 2019-cu il TÜRKSOY tərəfindən dahi Azərbaycan şairinin xatirəsinə “Nəsimini anma ili” elan edilib. Bununla bağlı mart ayında Ankarada və İstanbulda keçirilən tədbirlər xüsusi buraxılışda geniş əksini tapıb. Həmçinin Yunus Əmrə İnstitutu (Türkiyə) ilə birgə Budapeştdə, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Nur-Sultan şəhərində, eləcə də Vyanada, Belqradda, Minskdə, Bişkekdə, Daşkənddə və digər şəhərlərdə keçirilən musiqili-ədəbi gecə, simpozium və konfranslar, Kiyevdə qüdrətli söz ustadının abidəsinin ucaldılması, serb, rus, qazax, özbək dillərində şairin kitablarının nəşri və s. layihələr diqqətə çatdırılır.

Xüsusi buraxılışda ölkəmizin regionlarında “Nəsimi ili” çərçivəsində gerçəkləşən tədbirlərə geniş yer verilib. Bu ilin mart-may aylarında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalında da Nəsimi irsinə xüsusi diqqət ayrılmışdı. Bakı şəhərində və nazirliyin 15 regional idarəsinin şəhər və rayonlarında təşkil olunan silsilə tədbirlərdən bəhs edən materiallar Nəsimi poeziyasından nümunələrlə müşayiət olunur.

Nəsiminin 650 illiyinə həsr olunmuş “Səsin sehri” bədii qiraət müsabiqəsi,

Bakı Uşaq Teatrının təşəbbüsü ilə reallaşan "Nəsimi ili – Nəsimi dili" festivalı, digər layihələr də nəşrdə əksini tapıb.

“Mütəfəkkir şair ömrünün ekran təcəssümü” başlıqlı yazıda yazıçı İsa Hüseynovun ssenarisi üzrə Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” filmindən söz açılır. “Nəsimi dünyası təsviri sənətdə” yazısında vurğulanır ki, dahi şairin rəssamlıq, heykəltəraşlıq, xalça və s. nümunələrdə təcəssümü ayrı-ayrı müəlliflərin mövzuya özünəməxsus yanaşmasını da ortaya qoyur. Daha bir yazıda Nəsimi obrazı və ideallarının musiqiyə köçməsindən, bəstəkarlarımızın bu mövzuda yaratdığı müxtəlif janrlı əsərlərdən söz açılır. “Əbədiyyət və ədəbiyyat günəşi” adlı material Nəsimi irsinə dair tədqiqat və nəşrlər haqqındadır.

Sözünün qüdrəti ilə əsrləri aşaraq zəmanəmizə qədər gəlib çıxan Nəsimi humanizm carçısı, bəşəri ideyaların tərənnümçüsü kimi dünyada özünə əbədi ad qazanıb. Xüsusi buraxılışda müxtəlif ölkələrin tanınmış elm, ədəbiyyat xadimlərinin Azərbaycanın böyük şairinə bəslədiyi dərin ehtiram da qeyd olunur. Bununla bağlı Amerika yazıçısı Cozef Nortun sözləri xüsusilə diqqətəlayiqdir: “Nəsimi cəhalət zülmətində ictimai ədalətsizlik hökm sürən bir zamanda Prometey kimi canını, qəlbini məşələ döndərib qaranlıqlara ildırım kimi şəfəq saçmışdır. Buna görə də onun müdrik və hikmətli sözləri dünya durduqca zülmətləri parçalayıb nəsillərdən-nəsillərə keçə-keçə örnək olacaq”.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb