Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4355

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi fəal əməkdaşları təltif edib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi ilə Mərkəz rəhbərliyi arasında kollektiv müqavilə imzalanıb.

Tədbirdə akademiyanın rektoru, professor Hüseyn Qaraşov qonaqları salamlayaraq əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsin öz hüquqlarından məlumatlı olmasının vacibliyini qeyd edib. Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Cəmilə Səttarova müəssisələrdə Həmkarlar İttifaqının fəaliyyətinin əhəmiyyəti barədə danışıb.

Qeyd edib ki, Həmkarlar İttifaqının mövqeyi hər bir əməkdaşın, bütövlükdə kollektivin maraqlarını ifadə etməlidir.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əliyev əməkdaşların maraqlarının müdafiəsinin vacib şərt kimi qarşıya qoyulduğunu vurğulayıb. Bildirib ki, əməkdaşların iş fəaliyyətinin qiymətləndirilməsində Həmkarlar İttifaqı Komitəsi fəal mövqe tutmalıdır. Natiq ittifaq tərəfindən hazırlanan yeni qiymətləndirmə meyarlarının əməkdaşlarda sağlam rəqabət mühitinin dəstəklənməsinə töhfə verəcəyini qeyd edib. Söyləyib ki, “əməkdaşların reytinqi” adlı sistemin tətbiqi nəticəsində fəaliyyətin daha ədalətli və obyektiv qiymətləndirilməsi təmin olunacaq.

Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov “Kollektivdə münaqişələrin həllində “Həmkarlar İttifaqı Komitəsinin rolu” barədə çıxış edib.

Mərkəzin direktoru Asif Usubəliyev keçirilən tədbiri təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin və qiymətləndirmə mexanizminin açıq formada ictimaiyyətə təqdim olunması sağlam əhval-ruhiyyənin göstəricisidir. Burada yalnız rəhbərin kollektiv qarşısında deyil, eyni zamanda, kollektivin rəhbərlik qarşısındakı ədalətsiz və əsassız iddiasının qarşısı alınacaq.

Sonda ictimai işlərdə fəallığı ilə seçilən əməkdaşlara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova tərəfindən fəxri fərmanlar təqdim olunub.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi