Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
700

Mədəniyyət və turizm naziri Şəkidə mədəniyyət müəssisələrinə baş çəkib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 1-də Şəkidə vətəndaşların qəbulundan sonra şəhərdəki bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Nazir ilk olaraq Xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gəlib. Bildirilib ki, şair sağlığında bu evi uşaq bağçasına verib, Şəki şəhər 3 saylı uşaq bağçası burada yerləşib. Qeyd olunub ki, Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq həmin evdə Xalq şairinin ev-muzeyi yaradılacaq. Hazırda muzeydə son tamamlanma işləri həyata keçirilir.

Görülən işlərlə tanış olan Əbülfəs Qarayev ev-muzeyinin yaradılması, tərtibat işlərinin icrası istiqamətində tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.

Nazir daha sonra “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun ərazisinə gəlib, buradakı tarixi abidələrin vəziyyəti ilə tanış olub. Qoruq əməkdaşları ilə görüşən Əbülfəs Qarayev Azərbaycanın qədim və zəngin irsə malik şəhərlərindən olan Şəkinin tarixi məkanlarının qorunub-saxlanılması, tanıdılması ilə bağlı tövsiyələrini bildirib.

Qeyd edilib ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Şəki də ölkəmizdə turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bu baxımdan qədim şəhərin tarixi məkanlarının gələn qonaqlara yüksək səviyyədə təqdimatı və turistlərə göstərilən mədəni xidmətlərinin səviyyəsi daha da artırılmalıdır.

XƏBƏRLƏR

22.08.2017 18:37
Regionlarda milli filmlərin nümayişi müntəzəm həyata keçiriləcək
21.08.2017 17:36
Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi qeyd olunub
18.08.2017 18:00
“Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunda arxeoloji qazıntı işləri aparılmışdır
18.08.2017 17:40
Nazir müavini Nazim Səmədov Expedia şirkətinin nümayəndə heyətini qəbul etmişdir
17.08.2017 17:46
Qobustan Milli tarix-bədii qoruğunda yeni tapıntılar
17.08.2017 16:50
Azərbaycan Milli İncəsənət Muzeyindən İsmayıllı, Qəbələ, Ağsu və Şamaxı Tarix-Diyarşünaslıq Muzeylərinə işgüzar səfər
16.08.2017 14:09
V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək
15.08.2017 16:37
Nazir müavini Nazim Səmədov ilə Koreya Respublikasının nümayəndə heyəti arasında görüş keçirildi
15.08.2017 12:12
Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.08.2017 17:51
Əməkdar artist Mərdan Feyzullayev vəfat etmişdir
11.08.2017 17:05
Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin genişləndirilməsi daim diqqət mərkəzindədir
10.08.2017 16:18
Bərdədə “Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və mədəniyyət müəssisələrində milli məfkurənin öyrədilməsi” mövzusunda dəyirmi masa keçirilib
09.08.2017 17:48
Azərbaycanın dekorativ-tətbiqi sənəti “Halı” jurnalının gözü ilə
08.08.2017 18:04
Nazir müavini Nazim Səmədov Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri ilə görüşmüşdür
08.08.2017 15:22
Lerik Dövlət Rəsm Qalereyasında görkəmli rəssam Şahvələd Əliyevin rəsmlərindən ibarət sərgi nümayiş olunmuşdur
04.08.2017 12:08
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində beynəlxalq ekspedisiya tərəfindən arxeoloji qazıntılar aparılmışdır
03.08.2017 09:49
Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib
02.08.2017 16:23
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Mərkəzi kitabxanasında bir sıra tədbirlər keçirildi
02.08.2017 15:54
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər və Bərdə rayon nümayəndəliklərində seminar-müşavirə keçirilib
01.08.2017 17:21
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən konsert proqramı təşkil edilib
01.08.2017 15:01
Mədəniyyət və turizm naziri Şəki şəhərində vətəndaşlarla görüşüb
01.08.2017 13:53
Cari ilin birinci yarısında Azərbaycana gələn əcnəbilər tərəfindən həyata keçirilən nağdsız ödənişlərin həcmi artmışdır