Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1753

Mədəniyyət və turizm naziri Moldova nümayəndə heyəti ilə görüşdü

Martın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qeyd edək ki, Moldova nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə 1-3 mart tarixində Bakıda keçirilən “Moldova ədəbiyyatı günləri”ndə iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Görüşdə Moldovanın Bakıdakı səfiri Georq Leuka, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, moldavan ədibləri Leo Butnaru, Nikolay Spetaru, İqor Volnitski və Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak edirdi.

Nazir qonaqları salamlayaraq “Moldova ədəbiyyatı günləri”ni ikitərəfli əlaqələr üçün ciddi addım kimi dəyərləndirdi. Bildirdi ki, bu cür qarşılıqlı layihələr ümumilikdə Azərbaycan-Moldova arasındakı əməkdaşlığa stimul verir: “Tədbirə Moldovanın tanınmış mədəniyyət və ədəbiyyat xadimlərinin dəvət olunması ədəbiyyat adamlarının bir-birini tanımasına xidmət edir. Bu gün hər iki tərəfin bir-birinin ədəbi mühiti ilə tanışlığı cəmiyyətin ölkələrimiz arasında baş verən mədəni proseslərdən xəbərdar olmasına şərait yaradır”.

Səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəliliyinə ümidvar olduğunu qeyd edən Əbülfəs Qarayev diqqətə çatdırdı ki, bu gün Azərbaycanla Moldova arasında əlaqələr yüksək xətlə inkişaf etməkdədir. GUAM üzvü olan ölkələrin birgə layihələrində Moldova ilə əməkdaşlığın perspektivləri və ortaq layihələrin müsbət nəticələrini vurğulayan nazir Azərbaycanda keçirilən mədəniyyət layihələrində Moldovanın aktiv iştirakından məmnunluğunu ifadə etdi. Bildirildi ki, Moldova incəsənət ustaları mütəmadi olaraq Azərbaycanda keçirilən beynəlxalq musiqi, teatr və digər festivallarda iştirak edirlər: “Kitab və mətbuat sahəsində əməkdaşlıq isə bu tanışlığı bir addım da yaxınlaşdırır. İnsanların intellektual inkişafına xidmət edən kitabların və ədəbiyyat adamlarının tanıdılması mühüm əhəmiyyət kəsb edir”.

İki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə hər iki ölkənin səfirliklərinə və Moldova Azərbaycanlıları Konqresinə təşəkkürünü bildirən Əbülfəs Qarayev xalqlarımız arasında oxşar mədəniyyətlərin olduğunu vurğuladı. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın Novruz bayramı ilə Rumıniya və Moldova respublikalarının milli bayramı olan Bahar günü - Martişor bayramı arasında oxşar xüsusiyyətlər qeyd edildi.

Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postike səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi. O, Bakıda “Moldova ədəbiyyatı günləri” layihəsinin həyata keçirilməsində göstərdiyi təşəbbüsə görə əlaqədar təşkilatlara minnətdarlıq etdi.

Qeyd olundu ki, iki ölkə arasında son 25 ildə siyasi, mədəni, iqtisadi əlaqələr inkişaf edib, Moldovada Azərbaycan diasporunun normal fəaliyyəti təmin olunub. Georq Postike Moldovada nəşr olunan “Azərbaycan xalçaları” seriyasından təqvimi nazirə təqdim etdi.

Moldovanın Azərbaycandakı səfiri Georq Leuka Azərbaycan Yazıçılar Birliyinə və qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, layihə çərçivəsində mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayının hazırlanması, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin “Mənə ölməyi öyrət” kitabının müzakirəsi və təqdimatları, habelə Moldova poeziya gecəsinin keçirilməsi planlaşdırılır. Bildirildi ki, Kişineuda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən kitabların təqdimatı keçiriləcək.

Səfir il ərzində qarşılıqlı mədəni tədbirlər planı haqqında da məlumat verdi. Bildirdi ki, Moldova sənət ustaları Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam festivalı, “İpək yolu” beynəlxalq musiqi festivalında iştirak edəcək, çoxsaylı qarşılıqlı layihələr reallaşdırılacaq.

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov konqres tərəfindən görülən işlərdən söz açdı. Vurğuladı ki, konqres Moldovada fəaliyyət göstərən yaradıcı ittifaqlarla sıx əməkdaşlıq edir.

Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu mədəni sahədə əlaqələrin möhkəmlənməsində maraqlı olduqlarını bildirdi: “Mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir. Kişineuda Azərbaycan yazıçılarının hekayə antologiyası, Xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” romanı nəşr edilib”.

Görüşün sonunda nazir Əbülfəs Qarayev 65 illik yubileyi və dünya mədəniyyətinə verdiyi töhfələrə görə Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanuya, Azərbaycan və Moldova arasında ədəbi və mədəni əlaqələrin inkişafında xidmətlərinə görə isə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova fəxri fərman və hədiyyələr təqdim etdi.

XƏBƏRLƏR

18.12.2018 15:36
Tahir Salahovun əsərləri dünya təsviri sənətinin inciləri sırasında yer alır
18.12.2018 14:26
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər
18.12.2018 12:16
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
18.12.2018 10:52
Daşkənddə özbək ədəbiyyatının klassiki, soydaşımız Maqsud Şeyxzadəyə həsr olunmuş elmi konfrans keçirilib
18.12.2018 09:46
Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib
17.12.2018 20:11
Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.12.2018 16:10
Xaçmaz, Quba, Qusar və Şabrana növbəti səfər
17.12.2018 11:31
“… VƏ BÜTÜN QARANLIQ OTAQLAR” adlı şeirlər kitabının təqdimatı və imza mərasimi keçirilmişdir
17.12.2018 11:03
Akademik Milli Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunan tamaşa oynanılıb
17.12.2018 10:47
Vətən uğrunda ölüm həyatın davamıdır
15.12.2018 20:40
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
15.12.2018 20:04
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
15.12.2018 09:02
Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
15.12.2018 08:52
Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi açılıb
14.12.2018 18:11
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva YUNESKO-da görüşlər keçirib
14.12.2018 15:46
Xoreoqrafiya Akademiyasında Üzeyir Hacıbəyli məktəbinə həsr olunmuş elmi-praktiki seminar keçirilib
14.12.2018 14:51
Bakıda ilk zooparkın yaradılmasından 90 il ötür
14.12.2018 14:33
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İtaliyanın Pyemonte regionunda “İnteqrasiyalı idarəetmənin planlaşdırılması” mövzusunda tədqiqat səfərində olub
14.12.2018 11:51
Mədəniyyət naziri Hacıqabulda vətəndaşları qəbul edib
14.12.2018 10:04
Şəki Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi qeyd olunub
14.12.2018 09:09
“YARAT”da tanınmış gürcü rəssamın fərdi sərgisi üçün press-tur təşkil edilib
14.12.2018 09:03
Xalq artisti Həsən Məmmədova həsr olunmuş növbəti tədbir -“Ömür keçdi, gün keçdi”
13.12.2018 16:28
Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Pyemonte regionunda tədqiqat səfərindədir
13.12.2018 15:39
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzləri ulu öndər Heydər Əliyevin zəngin irsini layiqincə təbliğ edirlər
13.12.2018 12:08
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DOĞMA DİYAR” uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcəkdir
13.12.2018 11:15
“Mədəniyyət.AZ” jurnalının növbəti sayı oxucularla görüşə gəlib
13.12.2018 09:41
Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcəkdir
12.12.2018 16:50
Qazax rayon MKS tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sərgi təşkil olunub
12.12.2018 16:41
Bu gün Heydər Əliyev Sarayında Azərbaycan xalqının Ümummilli liderinin anım mərasimi keçirilib