Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral ilə görüşdü
2646
14.02.2018
14.02.2018 04:12
2018-ci ilin 14
fevral tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral arasında görüş keçirildi.Görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edildi.
Görüş zamanı həmçinin, bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi müzakirə olundu. Eyni zamanda bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alındı.
Səfir səmimi qəbula görə minnətdarlığını ifadə etdi.