Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2515

Mədəniyyət və Turizm Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib

Dekabrın 12-si dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin Aparatının rəhbəri Rafiq Bayramov və nazirliyin kollektivi Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçək dəstələri düzüblər.

Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, turizm ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin hər iki dövründə Azərbaycan mədəniyyətinin əsl himayədarı olub. Mədəniyyətin müxtəlif sahələrinin inkişafına töhfə verən insanlar həmişə dahi rəhbərin diqqət və qayğısı ilə əhatə olunub. Sənət adamlarının yubileyləri təntənə ilə qeyd edilib, adları əbədiləşdirilib, abidələri ucaldılıb.

Ulu öndər Azərbaycan musiqisinin, təsviri sənətinin, teatr və kinosunun beynəlxalq aləmdə təbliğini də diqqətdə saxlayıb. İncəsənət ustalarının xarici ölkələrə qastrol səfərlərinə getməsinə önəm verib. Böyük şəxsiyyətin sənətə olan həssas münasibəti onun qayğısını görən mədəniyyət və ədəbiyyat xadimləri tərəfindən minnətdarlıqla xatırlanır.

Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanan ideyaları, müəllifi olduğu uğurlu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ulu öndərin adını daşıyan fond Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çoxəsrlik mədəni irsimiz öyrənilməsi, qorunması, ölkəmizdə və beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ olunmasına mühüm töhfələr verir.
Mehriban xanımın təşəbbüsü və səyləri ilə xalça, misgərlik sənətləri, tar, kamança ifaçılığı sənətləri, aşıq sənəti, kəlağayı, çövkən oyunu və s. tarixi-mədəni mirasımızın qiymətli örnəkləri UNESCO-nun müvafiq siyahılarında təmsil olunur.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib