Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4982

Əməkdar artist Sahib Paşazadə “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalının baş mükafatına layiq görülüb

Avqustun 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərinin Reqistan meydanında “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda dünyanın 60-dək ölkəsindən 280 ifaçı və musiqi nəzəriyyəçisi iştirak edib.

Festivalda Azərbaycanı təmsil edən gənc tarzən, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Sahib Paşazadə və Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov festivalın “Qran-Pri” mükafatına layiq görülüblər. İfaçılarımızın çıxışı münsiflər heyəti və iştirakçıların böyük marağına səbəb olub.

Təəssüratlarını bölüşən Sahib Paşazadə bildirib ki, "Şərq təranələri" festivalında “Qran-Pri” mükafatına layiq görülmək onlarda qürur hissi yaradıb: “Bu təkcə bizim deyil, Azərbaycan musiqisinin uğurudur. Festivalda iştirakçı olmaq çoxdankı arzum idi. Şükürlər olsun ki, ilk çıxışımla böyük uğur əldə etdim. Biz tədbirin ilk günü - 25 avqustda səhnəyə çıxdıq və elə ilk dəqiqələrdən münsiflərin bizim musiqiyə və ifamıza olan marağını hiss etdik. Əslində festivalda böyük kollektivlər iştirak edirdilər və biz ikinəfərlik heyətlə xanəndəsiz, sadəcə instrumental ifa ilə diqqəti cəlb edə bildik. Hazırladığımız 17 dəqiqəlik “Şur” kompozisiyası həm tamaşaçılar, həm də münsiflərin böyük alqış sədaları ilə yekunlaşdı”.

Əməkdar artist qeyd edib ki, festival 1997-ci ildən keçirilir. İlk festivalda “Qran-Pri”ni ölkəmizə Xalq artisti Simarə İmanova gətirmişdi: “20 ildən sonra müsabiqənin baş mükafatı yenidən Azərbaycana gəldi. Qələbəmiz dövlətimizin mədəniyyətə göstərdiyi qayğının bir göstəricisidir. Bu bir daha əsl musiqinin, sənətin qələbəsidir və mədəniyyətimizin, musiqimizin zəngin və təkrarsız olduğunu nümayiş etdirdi. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və göndərişi ilə iştirak edirdik. Bizə göstərilən etimada görə sonsuz təşəkkürümüzü bildiririk”.

İki ildən bir keçirilən festivalın məqsədi milli musiqi sənətinin təbliği və qorunmasıdır. Musiqi müsabiqəsində birinci yerə Özbəkistan və Cənubi Koreya musiqiçiləri, ikinci yerə Litva və Qırğızıstan təmsilçiləri layiq görülüb. İran, İndoneziya və Türkiyə kollektivləri isə üçüncülük qazanıblar.

Xatırladaq ki, Sahib Paşazadə Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq festivalda  “Qran-Pri”yə, Kanadanın Niaqara şəhərində keçirilən eyniadlı beynəlxalq musiqi festivalında isə “Tarın Paqaninisi” tituluna layiq görülüb.

Qeyd edək ki, “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında ayrı-ayrı vaxtlarda ölkəmizdən tanınmış muğam ustadı Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov birinci, Zabit Nəbizadə isə ikinci yeri tutub.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi