13.04.2019 12:31
Aprelin 12-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və “3 alma” nəşriyyatının birgə təşkilatçılığı ilə reallaşan “Məktəblilərin gənc Şerloku” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış edərək müsabiqə barədə məlumat verib və yarışmada uğur qazanan qalibləri təbrik edib.
Sonra müsabiqə qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd kitab və mütaliəyə olan marağı artırmaq və istedadlı uşaqları üzə çıxarmaqdır.