Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2535

“Mən gəldim qızlar” tamaşası “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalından uğurla geri dönüb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasının paytaxtı Astanada hər il ənənəvi keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalından uğurla geri dönüb.

Festival Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi, Qazaxıstanın görkəmli teatr və kino rejissoru, Qazaxıstanın Xalq Artisti və qəhrəmanı Azərbaycan Mambetovun anadan olmasının 85 illik yubileyi və “EKSPO - 2017” Beynəlxalq sərgisi münasibətilə iyun ayının 12-də start götürüb.

  Iyun ayının 17-dək davam edəcək festivalda yaradıcı heyətimiz görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edib. Tamaşamız iyun ayının 13-də paytaxt teatrı olan “Jastar”da nümayiş etdirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi “Mən gəldim qızlar” (“Müharibə”) tamaşasını seyr edənlər arasında ölkəmizi Qazaxıstan Respublikasının səlahiyyətli səfiri Rəşad Məmmədov və Astanada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi və fəalları da var idi. 

Teatr sənəti sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, dünya klassiklərinin, klassik dram nümunələrinin gənc nəslin təhsilində təbliğ edilməsi məqsədilə keçirilən festivalda 10 xarici və qazax teatr kollektivi iştirak edir. Belə ki, festivalda ölkəmizlə yanaşı, Rusiya, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın aparıcı teatrları da təmsil olunurlar.

“Festival – möcüzəli, qeyri-adi hadisədir. Bura teatr kollektivlərinin, artistlərin, tənqidçilərin, rejissorların, teatralların ünsiyyət yeridir. Bu festival fikir və təcrübə mübadiləsi, qarşılıqlı yaradıcılıqlı layihələrinin təməl nöqtəsidir. Məhz bu səhnələrdə yeni, ortaq layihələr meydana gəlir” – bu fikirləri Astana şəhər mədəniyyət, arxiv və sənədləşmə şöbəsinin rəis müavini Narima Muhambetalina festivalın açılış mərasimində səsləndirib.  

Festivalın ekspert şurasında Qazaxıstan, Rusiya, Almaniya, Moldovadan dəvət edilmiş tanınmış teatrşünas alimlər, beynəlxalq teatr festivallarının rəhbərləri təmsil olunaraq, tamaşalarda və müzakirələrdə iştirak ediblər.

Hər nümayiş etdirilən tamaşadan sonra festivalın fəxri qonaqları və münsiflər heyəti səhnə əsəri haqqında öz fikirlərini, aktyorlara tövsiyələrini bildirirlər. “Mən gəldim qızlar” haqqında maraqlı rəylər bildirən münsiflərin sözlərinə görə festivalın yeni start götürməsinə baxmayaraq aktyorlarımızın ifa etdiyi səhnə əsəri rejissor işi və aktyor ifası baxımında olduqca peşəkardır. 

“Festivalda nominasiya olmasa da, əslində bu bir bayram idi – teatr bayramı. Festival yeni layihələrin, yaradıcılıq münasibətlərinin, festival və qarşılıqlı qastrol səfərlərinin reallaşa biləcəyi bir sənət bayramı, yaradıcı insanların ünsiyyət qurması üçün əlverişli bir vasitədir” – deyə ADGTT-nın direktoru, Əməkdar Artist Mübariz Həmidov bildirib.

Məlumat üçün bildirək ki, festival ilk dəfə 2010-cu ildə paytaxt günü münasibətilə yaradılıb.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib