Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3686

“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirildi

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı oldu. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edirdi.

Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fransız yazıçısı Antuan de Sent-Ekzüperin məşhur “Balaca şahzadə” əsərinə həsr olunmuş 30 yaxın rəsm əsəri çəkdiyini, bu nümunələrin dünyanın bir sıra sərgi salonlarında nümayiş olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, animasiya növü yaradıcı insanın xəyallarını canlandırmağa geniş imkanlar açır. “Mənim balaca şahzadəm” animasiya filmi də bu əsərlərin təsiri altında yaranıb.

Xalq yazıçısı Elçin mərasimdə çıxış edərək Məryəm Ələkbərlinin zəngin rəssamlıq dünyasından söhbət açdı. Vurğuladı ki, animasiya filminin qəhrəmanı ilə Məryəmin mənəvi aləm üst-üstə düşür. “Balaca şahzadə” dünya uşaq ədəbiyyatının klassik nümunəsidir. Bu filmin yaranmasının əsas səbəbi bu bağlılıq olub. Film üzərində çox istedadlı yaradıcı kollektiv çalışıb və ekran əsəri yeni texnologiyalar əsasında ərsəyə gəlib.

“Azanfilm” studiyasının direktoru Mansur Şəfiyev cizgi filmi barədə məlumat verdi. Bildirdi ki, filmin ideya müəllifi Xalq yazıçısı Elçin, prodüseri Müşfiq Hətəmov, rejissoru Arif Məhərrəmovdır. Filmin çəkilişlərində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Sirr” filminin materiallarından istifadə olunub.

Sonra “Mənim balaca şahzadəm” animasiya filmi nümayiş olundu.

 

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı