15.01.2020 02:45
17 yanvar 2020-ci il tarixində saat 16:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Böyük zalında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş “Bitməyən acı” adlı anım tədbiri keçiriləcək. Məktəbin foyesində rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil ediləcək.
Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Mədəniyyət Nazirliyi və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Qəhrəmanlar, musiqi və incəsənət məktəblərinin direktorları iştirak edəcək.
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 67.