Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
497

Mərkəzi İncəsənət Məktəbində “Bitməyən acı” adlı anım tədbiri keçirildi

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində  20 Yanvar faciəsinin qurbanları yad edildi.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova,  Səbail tank batalyonunun sabiq komandiri, ” Veteranlar birliyi”nin sədri Milli Qəhrəman Hacı Əzimov, Xalq artisti, bəstəkar Sərdar Fərəcov, Əməkdar artist Aybəniz Haşımova, musiqi və  incəsənət  məktəblərinin  direktorları qonaq qismində iştirak edib.

Məktəbin Böyük zalında faciənin otuzuncu ildönümünə həsr edilmiş “Bitməyən acı” adlı anım tədbiri keçirildi, rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edildi. 

Məktəb kollektivinin hazırladığı tədbirdə məktəbin direktoru Əziz Qarayusifli, müəllimlər Məsumə Kərimova, Pərvin Səfərli, Sevinc Kərimova, Fəriqə Məmmədzadə çıxışlar edərək bu faciə haqqında öz fikirlərini bölüşdülər. Musiqişünas Nərgiz Kərimova çıxışında bu dəhşətli gecədən keçən 30 ildə xalqımızın yaşadığı və çəkdiyi sarsıntıdan ürəkağrısı ilə danışdı. Tədbir boyu həmin illəri əks etdirən, kollektivin iştirakı ilə lentə yazılan kadrlardan süjetlər göstərildi.

Müəllim və şagirdlərin ifasında (Nurlan Cəfərli (tar): “Segah” muğamı, V.Adıgözəlov –“Qərənfil”; Lalə Hüseynova (xanəndə), Elnur Məmmədovun müşayiətilə “Muğam”; Mədinə Əyyubova (fortepiano): Q.Qarayev –“İnsan məskən salır” kinofilmindən musiqi; Sevinc Kərimova: C.Cabbarlı–“Gərək olmayaydı” - müşayiət Nəbi Quliyev, Samirə Musayeva, Çingiz Absəlimov; Mədinə Şahgəldiyeva (kamança): S.Fərəcov –“Unutma”; Təranə Babayevanın rəhbərliyi ilə hazırlanan instrumental ansambl: C.Cahangirov -“Bayatılar”; “Alov” və “Səbinə” rəqs kollektivlərinin kompozisiyaları) həzin musiqi nömrələri təqdim edildi.

Şəhidlər Xiyabanında müəllim və şagirdlərin iştirakı ilə çəkilən kadrlardan kimi hazırlanan film nümayiş olundu.

XƏBƏRLƏR

31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki