Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
640

Mərkəzi İncəsənət məktəbində görkəmli musiqiçilərin ustad dərsləri keçirildi

2019-cu ilin 8 - 14 iyun tarixlərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində xarici ölkələrdə fəaliyyət göstərən musiqi məktəbləri ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində xaricdən dəvət edilmiş bir sıra görkəmli musiqiçilərlə görüş və ustad dərsləri keçirilmişdir.

Qonaqlar məktəbin fortepiano və simli alətlər şöbəsinin işi ilə yaxından tanış olaraq,  bu şöbələrin şagirdləri ilə müvafiq ixtisas üzrş peşəkarlığın artırılması məqsədilə ustad dərsləri keçirdilər. Məktəbin gənc və istedadlı şagirdləri Sankt-Peterburq Musiqi liseyinin direktoru, professor, pianoçu Vitali Romanov, M.M.İppalitov-İvanov adına Moskva Uşaq Musiqi Məktəbinin violin ixtisası üzrə müəllimi Lyudmila Yesenina, Moskva M. və L.Rostropoviçlər adına Uşaq Musiqi Məktəbinin violonçel ixtisası üzrə müəllimi Yekaterina Koroleva, İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, beynəlxalq müsabiqələr laureatı, türk dünyasının virtuoz violin ifaçısı Cihat Aşkın tərəfindən keçirilən ustad dərsləri zamanı dəyərli məsləhətlər və tövsiyələr aldılar.

Məktəb rəhbərliyi sonda bir neçə gün davam edən ustad dərsləri üçün görkəmli musiqiçilərə minnətdarlıqlarını bildirdi. Qeyd edildi ki, peşəkarlıq səviyyəsinin artırılması, təcrübə mübadiləsinin təmin edilməsi, musiqi sənətin inkişaf etdirilməsi üçün bu kimi görüşlərin keçirilməsi, xarici ölkələrdən dəvət olunan təcrübəli müəllimlərin ustad dərslərinin təşkil edilməsi çox vacib və əhəmiyyətlidir. Öz növbəsində dəvət olunan müəllim və professorlar da məktəb kollektivinə bundan sonrakı təhsil həyatında uğurlar arzuladılar.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla