7 mart 2020-ci il tarixində Litvanın Vilnüs şəhərində “Ənənəvi incəsənətin professional musiqinin inkişafina təsiri” adlı musiqi və incəsənət məktəbləri şagirdlərinin Beynəlxalq konfransı keçirildi. Konfransda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin XI sinif şagirdi Murad Allahverdili iştirak edib.
“Azərbaycan məqamları – Azərbaycan musiqi mədəniyyətinin xəzinəsidir” adlı məruzə ilə M.Allahverdili çıxış edərək dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən müəyyən edilmiş Azərbaycan xalq musiqisinin əsasını təşkil edən 7 əsas məqamdan və onların professional musiqidə istifadəsindən bəhs etdi.
Təqdimatda nümunə olaraq Azərbaycan muğamı ilə yanaşı Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda yazılmış əsərlərindən fraqmentlər də nümayiş olunub (Ü. Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyası “O olmasın bu olsun” musiqili komediyasından Məşədi İbadla Rüstəm bəyin dueti H. Xanməmmədovun tar və simfonik orkestr üçün 2 nömrəli Konserti, hoboy alətinin ifasında N. Əliverdibəyovun “Elegiya”sı, V. Mustafazadənin işlənməsində “Aman ovçu” xalq mahnısı).