Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4220

Turizm işçilərinin peşə bayramı münasibətilə mətbuat konfransı keçirildi

27 sentyabr dünyada Turizm günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən, Dünya turizm günü həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi qeyd edilir.
Əlamətdar tarix ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə yadda qalır. Bu münasibətlə sentyabrın 27-də turizm işçilərinin peşə bayramı münasibətilə “JW Marriott Absheron” hotelində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə mətbuat konfransı keçirildi.

Nazir öncə turizm işçilərinin peşə bayramı münasibətilə təbriklərini çatdırdı və ölkə turizminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında dövlət başçısının 26 sentyabr 2017-ci il tarixli sərəncamını diqqətə çatdırdı: “Bu gün ölkəmizdə artıq ikinci dəfədir ki, turizm işçilərinin peşə bayramı qeyd olunur. Bu, Prezident İlham Əliyevin turizm sənayesinin inkişafına nə qədər önəm verdiyinin bir daha sübutudur. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir. Mən onlara fədakar əməklərinə görə təşəkkür edirəm. Bu əlamətdar gün turizm müəssisələrində bayram kimi qeyd olunmalıdır”.
Əbülfəs Qarayev turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, turizmin qeyri-neft sektorunda özünəməxsus yer tutması bu sahədə yeni nailiyyətlərin əldə edilməsinə gətirib çıxarıb: “Turizm özlüyündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə çalışmalıdır. Azərbaycan stabil, təhlükəsiz və qonaqpərvər ölkədir. Burada turistlərin istirahəti üçün hər bir şərait mövcuddur. 2016-cı ildə ölkəmizə 2 milyon 248 min turist səfər edib. Bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min nəfər turist gəlib. İlk yeddi ayda xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisdədə 97 faiz artaraq 703 milyon manatdan çox olub. Ümumilikdə isə cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat vəsait xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub”.

Nazir ölkəmizin regionlarında da turizmin inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, bu ilin iyun, iyul və avqust aylarında regionlarda yerləşən hotellərdə 860 mindən çox yerləşdirmə olub. Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən çox olub.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkəmizin turizm sənayesinin gələcək inkişaf istiqamətlərinin öz əksini tapdığını dedi. Bildirildi ki, hazırda Strateji Yol Xəritəsinin icrası istiqamətində işlər həyata keçirilir.

Ölkəmizdə reallaşacaq ikinci Bakı Şopinq Festivalından danışan nazir vurğuladı ki, sözügedən festivalın oktyabrın 15-dən noyabrın 15-dək keçirilməsi nəzərdə tutulur: “Bu dəfə də festivalda paytaxt sakinləri və şəhərimizin qonaqları üçün bir ay müddətində müxtəlif satış-yarmarkaları və müxtəlif şou-proqramlar təşkil ediləcək. İkinci festival da özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də ticarət potensialını əks etdirəcək festival ilk günlərdən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olacaq. Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz anlarla yadda qalacaq”. Nazir vurğuladı ki, ikinci festival birincidən iştirakçı şirkətlərin və festivala daxil olan məhsulların çeşidinin çoxluğu ilə fərqlənəcək.

Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən  Milli Turizm Təbliğat Bürosunun həyata keçirdiyi layihələrdən də söz açdı. Bildirildi ki, bu qurum işini maraqlı layihələr əsasında qurub. Yaxın vaxtlarda büronun Bakı və regionlarla bağlı iki portalı fəaliyyətə başlayacaq.

Nazir ölkəmizdə yeni turizm obyektlərinin açılması istiqamətində də işlərin getdiyini diqqətə çatdırdı: “Bu gün Azərbaycanda 563 hotel, 734 turizm şirkəti fəaliyyət göstərir. Hazırda yeni Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının yaradılması istiqamətində işlər həyata keçirilir. Artıq tenderlər yekunlaşıb, qaliblər müəyyən olunub. Azərbaycan və Türkiyə şirkətləri qalib olub. Bu layihələrin icrasında İspaniya və digər ölkələrin nümayəndələri də yaxından iştirak edəcək”. Qeyd olundu ki, hazırda Azərbaycan turizm sənayesi 3, 3,5 milyon xarici turisti qəbul etmək iqtidarındadır. Qarşıdakı illərdə turist səfərlərinin artacağını nəzərə alaraq indidən gələcək inkişafa nail olmaq üçün müvafiq addımlar atılır.

Əbülfəs Qarayev turizm haqqında yeni qanunun qəbul olunacağını da diqqətə çatdırdı: “Bizim qarşımızda duran əsas məsələ turizm haqqında qanunun qəbul edilməsidir. Dövlətimiz bu istiqamətdə keyfiyyəti prioritet istiqamətlərdən sayır. Keyfiyyət kriteriyaları işlənilir, eyni zamanda reyestr sisteminin hazırlanması üçün də işlər görülür”.

Qeyd olundu ki, ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bu il Dünya turizm gününün “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunduğunu deyən nazir bildirdi ki, Prezident İlham Əliyevin turizm sahəsinə qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir: “Bu il sentyabrın 11-dən 16-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (DTT) Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində qurumun Avropa Regional Komissiyasının iclası keçirildi. İclasda Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva 2018-2021-ci illər üçün DTT-nin İcraiyyə Şurasına üzv seçildilər. Azərbaycanın növbəti dörd il müddətinə qurumun İcraiyyə Şurasına üzv seçilməsi son illərdə ölkəmizin turizm sahəsində qazandığı uğurların və şurada səmərəli fəaliyyətinin təsdiqidir”.
Turizm sənayesində müəyyən problemlərin olduğunu deyən Əbülfəs Qarayev bunların aradan qaldırılması üzrə işlərin aparıldığını bildirdi: “Bu il istədiyimiz qədər yay çimərlik xidmətlərinin artırılmasına nail ola bilmədik. Lakin bu istiqamətdə marketinq və təbliğat işləri davam etdirilir. Ümid edirəm ki, gələn il bu istiqamətdə irəliləyişə nail olacağıq”.

Nazir sektor üçün kadr hazırlığından, turizm peşə məktəblərinin sayının artırılmasının vacibliyindən də danışdı, bu sahədə müəyyən addımların atılacağını vurğuladı.

Daha sonra turizm sahəsində xidmətlərinə görə bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı və nazirliyin fəxri fərmanları təqdim olundu.
Sonda jurnalistlərin sualları cavablandırıldı.

XƏBƏRLƏR

03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək