Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1466

Milanın La Skala səhnəsindən unudulmaz təəssürat

Milanın məşhur La Skala teatrında (İtaliya) həmyerlimiz, Əməkdar artist Yusif Eyvazovun (tenor) iştirakı ilə italyan bəstəkarı Umberto Jordanonun “Andre Şenye” operasının tamaşası təqdim edilib.
Yanvarın 2-də təqdim edilən səhnə əsərinin tamaşaçıları arasında Azərbaycandan da operasevərlər olub. La Skala səhnəsində tamaşanı izləyən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın tamaşa ilə bağlı təəssüratları “1news.az” xəbər portalında dərc edilib.

Yazıda qeyd olunur ki, dünyanın ən məşhur La Skala opera səhnəsində mövsümün açılışından artıq bir ay keçməsinə baxmayaraq, dünya mediasında, sosial şəbəkələrdə ilin əsas musiqi hadisəsinə həsr olunmuş yazılar, şərhlər və fikirlər davam etməkdədir.

Milana səyahətindən söz açan komitə sədri qeyd edir ki, bu dəfə bu şəhərə səfərdə hər şey qeyri-adi idi: “La-Skala ənənəsi haqqında məlumatlı idik və bilirdik ki, opera mədəniyyətinin mərkəzi və saysız pərəstişkarları olan bu sənət məbədi hər il yeni mövsümünü katoliklərin Milad bayramı ərəfəsində açır. Teatrın parlaq səhifələri həm də italyan xalqının tarixi kimi tanınır. Mövsümün açılışı teatr üçün əlamətdar hadisədir və həmin gün dünyanın dörd bir yanından opera sənətinin pərəstişkarları bu məkanda bir araya gəlirlər. Təbii ki, dünya opera mədəniyyətinin mərkəzi sayılan teatr həmin gün pərəstişkarlarının qarşısına cəlbedici tamaşa ilə çıxır. Bu il teatr mövsümünün açılışı üçün italyan bəstəkarı Umberto Jordanonun “Andre Şenye” operası daha uğurlu seçim hesab edilmişdi. Halbuki “XX əsr musiqisinin başlanğıcı” hesab edilən bu əsər 32 il idi ki, səhnədə oynanılmırdı”.

Hicran Hüseynova bildirir ki, bu günə kimi operanın əsas qəhrəmanı sayılan inqilabçı şair Andre Şenyenin partiyalarını vaxtilə tanınmış opera ulduzları E.Kruzo, B.Cili, M.Monako, L.Pavarotti, P.Dominqo, X.Karreras kimi nəhənglər ifa ediblər. Hazırda isə onları Azərbaycandan olan gənc opera müğənnisi Yusif Eyvazov əvəz edir. Əsərdə qadın baş qəhrəman Maddalenanı isə Yusifin həyat yoldaşı, dünyaca məşhur opera müğənnisi, Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) ifa edir: “Biz həmyerlimizlə fəxr etməklə qədər həm də hədsiz həyəcanlı yaşayırdıq. Təsəvvür edin ki, Milana gəldiyimiz ilk gündən operanın musiqisi bizi qarşıladı və hava limanında, mərkəzi vağzalda, şəhərin küçə və hotellərində bu sədalar səslənməkdə idi. Şəhərin bütün görməli yerlərində operanın yaranma tarixi, Fransız inqilabının tarixini əks etdirən instalyasiyalar və sərgilərlə bağlı məlumatlar yer alırdı. Bir sözlə, Milan başdan-ayağa bu musiqi hadisəsinin motivləri ilə dolu idi. Bütün bu motivlər sırasında bəzədilmiş afişalarda iri planda və böyük hərflərlə Azərbaycanın Əməkdar artisti Yusif Eyvazovun adını görmək böyük sevinc, qürur hissi bəxş edirdi bizlərə. Azərbaycanlılardan ibarət musiqisevərlər Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə Milana yanvar ayının 2-də ikinci premyera gecəsi gəlmişdik və artıq operanın 7 dekabrda baş tutan triumfal premyerasından da xəbərdar idik. Qəzetlərdə dərc edilmiş məqalələr, tamaşanın yaradıcı heyəti ilə keçirilən mətbuat konfransları haqqında da məlumatlı idik. Bütün bu məqalələrdə bizim müğənni haqqında xeyli danışılmışdı. O, tamaşaçıları təkcə vokal imkanları ilə deyil, öz səmimi davranışları ilə də heyran etmiş, jurnalistlərin təxribat xarakterli suallarına müdrik cavabı ilə hər kəsi mat qoymuşdu”.

Hicran xanım La-Skala teatrının dizaynı və görünüşü ilə bağlı təəssüratlarını bölüşdükdən sonra tamaşa haqqında fikirlərini davam etdirir. Qeyd edir ki, möhtəşəm tamaşa hədsiz təəccüb doğura bildirdi: “Dirijor pultu arxasında əsəri səhnələşdirən baş dirijor Rikkardo Şayi idi. Rejissor və yeni texnologiyalı dekorasiyanın müəllifi isə Mario Martone. Gözəl aktyor ansamblı və təkrarsız xor truppası. Dünya miqyasında ən yüksək səviyyəli tamaşa və bütün bunların fonunda isə bizim Yusif Eyvazov. Baxmayaraq ki, o, Milan səhnəsində ilk dəfə çıxış edirdi. Həmyerlimiz ilk notlardan özünə inamlı, dinamik çalarlarla dolu, hədsiz zərif və incəliklərlə poetik Şenye obrazını tamamlaya bilirdi. Anna Netrebko isə yüksək performansı ilə əsl sənət örnəyi nümayiş etdirdi. Bu, unudulmaz duet idi. Əgər ilk premyeranın finalında tamaşaçılar 11 dəqiqə alqış etmişdilərsə, bu dəfə alqışlar 30 dəqiqə aktyorları səhnədə saxladı. Əsl opera melomanları həmin gecə gənc azərbaycanlı müğənnini ayaq üstə sürəkli alqışlarla təbrik edirdilər. Bu tamamilə fantastik bir səhnə idi. Səhnəyə yaxınlaşa bilməyənlər gül dəstələrini ifaçıya təqdim etmək üçün çalışırdılar. Hər tərəfdən səhnəyə güllər uçuşurdu və bütün səhnə güllərə qərq olmuşdu. Bu unudulmaz səhnəni milli qürur hisləri keçirmədən izləmək qeyri-mümkün idi...”.

Komitə sədri belə möhtəşəmliyə görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirir: “Çünki gənc istedadlara göstərilən diqqət və qayğı nəticəsində onlar layiqli təhsil ala və belə yüksəkliklərə qalxmaq imkanı qazana bilirlər. Sevindirici hallardan biri də odur ki, “Dünyanın ən yaxşı tenorları” kitabında Yusif Eyvazovun yaradıcılığını əks etdirən səhifə də yer alıb. Sonda isə onu bildirmək istərdim ki, Anna Netrebko və Yusif Eyvazov bu gün dünyanın ən tanınmış ifaçılarıdır. Onların öz pərəstişkar ordusu var. Bu pərəstişkarlar onların bütün dünya turlarını izləyir, öz kumirlərini tək qoymurlar. Çox arzulayıram ki, bu pərəstişkarlar sırasında klassik musiqini sevən azərbaycanlılar da yer alsın”. 

Yazıda qeyd olunur ki, fevralın 1-də Monakoda Anna Netrebko və Yusif Eyvazov böyük konsert proqramı ilə çıxış edəcəklər. Konsertdə dünya operasının hit əsərləri səslənəcək. Proqramda C.Verdi, F.Cilea, E, Curtis, A.Dvorjak, C.Puççini, P.Sorozabol kimi məşhur bəstəkarların əsərlərindən parçalar ifa ediləcək.

http://www.1news.az/news/the-best-yusifa-eyvazova-i-anny-netrebko;

http://www.grimaldiforum.com/en/events-schedule-monaco/recital-anna-netrebko-and-yusif-eyvazov#.WmCO6LjqHKQ

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb