Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1752

Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü qeyd olunub.

Mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda baş tutan film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələri, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin qərarına əsasən bu əlamətdar günün artıq 17 ildir qeyd olunduğunu diqqətə çatdırıb.

Nazir son illərdə Azərbaycan filmlərinin zirvələri fəth etdiyini söyləyib: “Azərbaycan filmlərinin hansı zirvələri fəth etdiyini, hansı yenilikləri tamaşaçılara təqdim etdiyini rəqəmləri nəzərdən keçirməklə müəyyən etmək olar. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində Azərbaycanda 44 tammetrajlı bədii film, yüzlərlə sənədli film çəkilib. Dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında, “Yaddaş”, “Salnamə”, “Debüt” studiyalarında çəkilmiş filmlərin sayı 300-dən artıqdır. Azərbaycan filmləri 50-dən çox ölkədə festivallarda iştirak edib. 200-dən çox beynəlxalq kino festivallarında filmlərimiz nümayiş olunub. Azərbaycan filmləri müxtəlif kino festivallarında ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari adlarına layiq görülüb”.

Nazir bildirib ki, Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir. Bu sənətə yeni nəslin gətirilməsi, yeni imkanların açılması üçün ciddi addımlar atılır. Hazırda bir neçə istedadlı gənc dövlət hesabına müxtəlif ölkələrdə təhsil alır. Filmlərin çəkilişlərində təcrübəli kino xadimləri ilə yanaşı, gənclər də iştirak edirlər.

Əbülfəs Qarayev Heydər Əliyev Fondu tərəfindən dəstəklənən layihələrin beynəlxalq səviyyədə təbliğ olunduğunu deyib.

Nazir Azərbaycanda yeni, müasir özəl studiyalar formalaşdığını vurğulayaraq bildirib ki, özəl şirkətlər bu sənətin inkişafına diqqət göstərməlidir. Gələn il 120 illiyi qeyd ediləcək Azərbaycan kinosu daim inkişaf etməkdədir. Ə.Qarayev son illərdə Qarabağ mövzusunu əks etdirən bədii, Milli qəhrəmanlardan bəhs edən sənədli filmlərin lentə alındığını da söyləyib.

Sonra nazir Prezident İlham Əliyevin cari il iyulun 31-də “Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında” Sərəncamına əsasən təltif edilən kino xadimlərinə mükafatları təqdim edib. Həmçinin bir qrup kino xadiminə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döz nişanı və fəxri fərmanları verilib.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib. O, Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq Artisti, kinorejissor Vaqif Mustafayevə ittifaq tərəfindən təsis edilən “Milli Kino Mükafatı”nı təqdim edib. Vaqif Mustafayev mükafata görə minnətdarlığını bildirib.

Sonra kinoşünas, rejissor Ayaz Salayevin təbliğat xarakterli “Qarabağın həsrət salnaməsi” kino layihəsinin növbəti buraxılışlarının təqdimatı olub. Ayaz Salayev müəllifi olduğu “Qarabağın səsi” ümummilli layihəsi barədə məlumat verərək bildirib ki, internet layihəsində 4500 insan çəkilib. Layihənin məqsədi internet vasitəsilə həmvətənlərimizin Qarabağ probleminə baxışlarını təqdim etməkdir.

Kino işçilərinin peşə bayramı, ənənəyə uyğun olaraq, bu il də yeni ekran əsərinin premyerası ilə yadda qalıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filminin təqdimatı olub.

Nümayişdən əvvəl filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Filmin rejissoru İlqar Nəcəf “Nar bağı” bədii filminin 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif edildiyini diqqətə çatdırıb. O, Qurban İsmayılovun “Ən yaxşı kişi rolu” mükafatına layiq görüldüyünü qeyd edərək mükafatı aktyora təqdim edib.

Daha sonra “Nar bağı” bədii filminin təqdimatı olub. Filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Ekran əsəri maraqlı bir ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl heç kimlə sağollaşmadan tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara hamının xatirindədir və asanlıqla unudula bilməz.

Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

XƏBƏRLƏR

15.12.2017 17:48
"Regional mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarəetmə planı"nın təqdimat mərasimi keçirildi
15.12.2017 16:53
Regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
15.12.2017 16:43
Özbəkistanın Respublika sarayı “Türküstan”da keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur
15.12.2017 16:21
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçiriləcək
15.12.2017 16:11
“Qətibə İnanc” tamaşasının premyerası keçirilib
15.12.2017 16:01
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru 36-cı Beynəlxalq Fəcr festivalının münsiflər heyətində
15.12.2017 15:09
“Nar bağı” bədii filminin qadın rol ifaçısı Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olmuşdur
15.12.2017 14:48
Əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc ölkəmizdə turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb
15.12.2017 14:46
Ali təhsil ocaqları ilə mehmanxana müəssisələrinin işbirliyi müzakirə olundu
15.12.2017 14:34
Regional mədəniyyət və turizm idarələrinin saytlarının təqdimatı keçirildi
15.12.2017 14:31
"İlin ən yaxşı kitabxanası" müsabiqəsinin qalibləri mükafatlandırıldı
15.12.2017 14:16
Gənc Tamaşaçılar Teatrında həftəsonu 8 tamaşa nümayiş olunacaq...
15.12.2017 12:51
Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşlarla görüşüb
14.12.2017 16:02
Mədəniyyət və Turizm Nazirliyi ilə BP şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
14.12.2017 15:16
“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq
14.12.2017 14:13
ADGTT Rusiya mətbuatında
14.12.2017 10:01
Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
13.12.2017 18:04
Nazir Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellos ilə görüşüb
13.12.2017 18:00
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım Karol Krofts ilə görüşüb
13.12.2017 17:39
“Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək
12.12.2017 15:39
Mədəniyyət və Turizm Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib
12.12.2017 15:01
YUNESKO və BMÜTT-nin birgə təşkilatçılığı ilə Oman Sultanlığında Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilir
11.12.2017 17:52
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub
11.12.2017 17:13
Avropa SPA Assosiasiyasının (ESPA) nümayəndəsi Naftalanda
11.12.2017 16:46
Binə qəsəbə Mədəniyyət Mərkəzində uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib
11.12.2017 16:42
Paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirə keçirildi
11.12.2017 16:25
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyi qeyd olundu
11.12.2017 15:00
2017-ci ilin 11 ayı üzrə ölkəyə gələn xarici vətəndaşların sayında 20 % artım müşahidə edilmişdir
11.12.2017 14:29
Türk Dünyası Sinemaçılar Birliyinin toplantısı keçirilib
11.12.2017 10:50
Uşaqların kitabxanalara və kitaba marağının artırılması məqsədilə “Nağıllara səyahət” müsabiqəsi elan edilib