Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2231

Milli Kitabxanada “15 iyun - Milli Qurtuluş günüdür” adlı sərgi keçirilmişdir

İyun ayının 14-də Milli Kitabxanada “15 iyun  - Milli Qurtuluş günüdür” adlı geniş kitab sərgisinin açılışı olmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, çıxışında söyləmişdir ki, 1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunələri göstərən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə gəlmiş, ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olmuşdur. Professor qeyd etmişdir ki, Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulmuş, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olmuşdu. Direktor Kərim Tahirov Ulu öndərin dünyada layiqli hörmət və böyük nüfuz qazandığını, onun uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin etməsini söyləmişdir. Onu da qeyd etmişdir ki, məhz dahi liderin uğurlu siyasəti nəticəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

AMEA-nın Fəlsəfə İnstitutu Davamlı İnkişafın Fəlsəfəsi şöbəsinin müdiri professor Sakit Hüseynov çıxış edərək söyləmişdir ki, Azərbaycançılıq məfkurəsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyətinə nəzər salan professor Sakit Hüseynov 1969-1986-cı illəri sovet rejimi dövrü, 1987-1990-cı illəri keçid dövrü, 1991-2003-cü illəri Azərbaycanın dövlət müstəqilliyinin bərpası dövrü kimi səciyyələndirmiş, Heydər Əliyevin siyasətdə atdığı qəti və inamlı addımları təhlil etmişdir. Ulu öndərin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyaya tanıtmaq, habelə xalqımız qarşışında sonsuz xidmətlərindən danışmış, onun mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açmışdır.

Sərgidə Ulu öndər, dahi lider Heydər Əliyevin ictimai-siyasi fəaliyətini əks etdirən azərbaycan, rus, ingilis və digər dillərdə 200-ə yaxın ədəbiyyat nümayiş olunmuşdur.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb