Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2463

Milli Kitabxanada “18 sentyabr - Milli musiqi günü” adlı geniş kitab sərgisinin açılışı keçirilmişdir

18 sentyabr 2018-ci il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “18 sentyabr - Milli musiqi günü” adlı geniş kitab sərgisi açılmışdır.  

Tədbiri giriş sözü ilə Kitabxananın direktoru Kərim Tahirov açaraq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı bu günün bayram kimi qeyd olunmasının onun anadan olmasının 110 illik yubileyi münasibətilə (1995-ci il) ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla qərara alındığını bildirmişdir.

“Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurdur. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir.  Bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısı olan ölməz sənətkar operettanın əsasını qoymuş, dövlət xorunu, simfonik orkestri yaratmış, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirmişdir. Azərbaycan musiqi tarixində silinməz izlər qoyan Üzeyir Hacıbəyli əsərlərini yaradarkən xalq musiqisinə əsaslanırdı.”- deyə K.Tahirov qeyd etmişdir.

K.Tahirov çıxışında söyləmişdir ki, Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği məqsədilə ölkəmizdə mütəmadi olaraq beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr keçirilir ki, bunlardan biri də Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən 2009-cu ildən etibarən görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorların iştirakı ilə təşkil edilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalıdır.  

Direktor çıxışının sonunda Ü.Hacıbəylinin yazıçı kimi gözəl felyetonlar, ədəbi səhnəciklər, satirik, publisistik yazıları ilə ədəbiyyatımızda özünəməxsus yer tutduğunu, Azərbaycanda ilk dəfə məhz Üzeyir Hacıbəylinin ev muzeyinin açıldığını vurğulamış, Ulu öndərin açılış mərasimində dahi bəstəkar haqqında söylədiyi fikirlərdən sitatlar gətirmişdir. O, bu günün ənənə halında musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılmasının vacibliyini və onun haqqında kitabxana tərəfindən iki dəfə biblioqrafik vəsaitin tərtib edildiyini, sənətkarın əsərlərinin təbliği məqsədilə sərgilərin təşkil olunduğunu qeyd etmişdir.

Daha sonra kitabxananın direktor müavini Ədibə İsmayılova və kitabxananın şöbə müdiri Kəmalə Seyidova çıxışlar edərək festivalla bağlı öz fikirlərini bölüşmüşlər.

Sonda Üzeyir Hacıbəylinin əsərlərindən və bəstəkar haqqında əsərlərdən ibarət Azərbaycan, rus və digər xarici dillərdə olan kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanışlıq olmuşdur.

Qeyd edək ki, sərgi bir həftə davam edəcəkdir.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib