24.05.2019 05:39
Mayın 24-də Milli Kitabxanada Qarabağ aşıq mühitinin görkəmli nümayəndələrindən biri, aşıq-şair Mirzalıyev Xaspolad Salman oğlunun (Aşıq Xaspolad Gülablı) anadan olmasının 100 illiyi münasibətilə “Aşıq Xaspolad – 100” adlı kitab sərgisi açılıb.
Sərgidə Aşıq Xaspoladın müəllifi olduğu, haqqında yazılmış kitablar, eyni zamanda Azərbaycan aşıq sənətinin tarixinə dair ədəbiyyat nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.