08.08.2019 10:54
Avqustun 7-də Azərbaycan Milli Kitabxanasında ölkəmizdə bütün sahələr üzrə azərbaycanşünaslığın inkişafı yollarında səy və bacarığını əsirgəməyən, Azərbaycan elminin inkişaf etdirilməsində çox böyük xidmətləri olan AMEA- nın həqiqi üzvü, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, tarix üzrə elmlər doktoru, professor Axundova Nərgiz Çingiz qızının anadan olmasının 60 illik yubileyi münasibətilə “ Nərgiz Axundova – 60” adlı kitab sərgisi açılmışdır.
Sərgidə akademikin Azərbaycan və rus dilində müəllifi olduğu əsərləri, elmi məqalələri, redaktoru olduğu əsərlər və akademik haqqında yazılan materiallar,qəzet, jurnal məqalələri nümayiş olunur. Sərgi bir həftə davam edəcək.