Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2378

Milli Kitabxanada Azərbaycanın müstəqilliyinin 26-cı ildönümünə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir

Oktyabr ayının 18-də Milli Kitabxanada Azərbaycanın müstəqilliyinin 26-cı ildönümünə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmışdır. Bir dəqiqəlik sükutla ümummilli liderin xatirəsi yad edilmişdir. Sonra K.Tahirov çıxış edərək ümummilli lider Heydər Əliyev cənablarının müasir Azərbaycan dövlətçiliyinin əsasını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər olmasından, məhz onun səyi nəticəsində müasir Azərbaycan dövlətinin qurulmasından, müstəqilliyin əbədi və dönməz xarakter almasından, ümummilli liderin müəyyənləşdirdiyi inkişaf yolunun onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün hər bir azərbaycanlının fəxrlə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” deməsindən, ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətlərindən biri kimi Yeni Azərbaycan Partiyasını yaratmasından danışdı və YAP-ın yaradılmasının 25 illiyi münasibətilə partiya üzvlərini təbrik etdi.

Yeni Azərbaycan Partiyasının Səbail Rayon təşkilatının sədri, Milli Məclisin üzvü Şəmsəddin Hacıyev müstəqilliyin tarixindən və dəyərindən, YAP-ın yaranma tarixindən, ümummilli liderin siyasi fəaliyyətinin bütün mərhələlərindən ətraflı danışdı.

Çıxışçılar, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli və b. Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, respublikada sabitlik və həmrəyliyin, tolerantlığın təmin olunmasının xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olmasından, onun Azərbaycanda dövlətçilik məktəbi yaratmasından, müasir Azərbaycanın bu gün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləməsindən və s. danışdılar.

Milli Kitabxananın partiyaya daxil olmuş əməkdaşlarına üzvlük vəsiqələri təqdim olundu.

Tədbir iştirakçılar “Heydər Əliyev və müasir Azərbaycan” adlı geniş kitab sərgisi ilə tanış oldular.

 

 

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib