Milli Kitabxanada “Dilçilik elmində Afad Qurbanov irsi” adlı kitabın təqdimat mərasimi keçiriləcək
1640
09.01.2019
09.01.2019 10:07
Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş Sayalı Sadıqovanın “Dilçilik elmində Afad Qurbanov irsi” adlı kitabın təqdimat mərasimi keçiriləcəkdir.
Tədbir 10 yanvar 2019-cu il tarixində saat 11.00-da Azərbaycan Milli Kitabxanasında keçiriləcəkdir.