Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1644

Milli Kitabxanada Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərgi açılıb

Oktyabrın 18-də Milli Kitabxanada Azərbaycanın Dövlət müstəqilliyini bərpa etməsinin 28-ci ildönümü münasibətilə “18 oktyabr – Dövlət Müstəqilliyi günüdür” adlı kitab sərgisi açılıb.

Sərgini Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq Azərbaycanın dövlət müstəqilliyinin tarixi haqqında geniş məlumat verib. Ədibə İsmayılova çıxışında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və yüksək idarəçilik bacarığı sayəsində müstəqil Azərbaycan Respublikasının bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, beynəlxalq miqyasda nüfuzlu dövlətlər sırasına qoşulduğunu söyləyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Sərgidə Azərbaycanın dövlət müstəqilliyindən, ulu öndər Heydər Əliyevin dövlət quruculuğundakı xidmətlərindən bəhs edən Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş edilib.

Sonda iştirakçılar sərgi ilə tanış olub.

Sərgi bir həftə davam edəcək.

XƏBƏRLƏR

24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir