05.03.2018 04:00
4 mart 2018-ci il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran İmran oğlu Əliyevin anadan olmasının 65 illiyi münasibətilə "Kamran Əliyev-65" adlı kitab sərgisi açılmışdır.
Sərgidə ədəbiyyatşünas alimin Azərbaycan və rus dilində olan kitabları ilə yanaşı, eyni zamanda tərtibçisi və redaktoru olduğu, ön söz yazdığı və alim haqqında yazılan kitablar, dövri mətbuat materialları da sərgilənmişdir. Sərgi həftə ərzində davam edəcək.