09.09.2019 10:12
7 sentyabr 2019-cu il tarixində Azərbaycan Milli Kitabxanasında Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, Azərbaycanin əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimlinin anadan olmasının 70 illiyi münasibətilə "İlham Rəhimli-70" adlı geniş kitab sərgisi açılıb.
Təqdim olunan sərgidə müəllifin əsərləri, redaktoru olduğu, ön söz yazdığı Azərbaycan, rus və digər dillərdə kitab və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.