11.06.2018 05:05
İyunun 10-da Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri, şair Əli Vəkil oğlu Səfiyevin (Əli Vəkil) anadan olmasının 80 illiyi münasibətilə “Əli Vəkil-80” adlı kitab sərgisi açılmışdır. Sərgidə şairin əsərləri, redaktoru olduğu,ön söz yazdığı, tərtib və tərcümə etdiyi, sözlərinə yazılmış mahnılar və şair haqqında olan kitab,qəzet-jurnal materialları sərgilənmişdir.