11.04.2019 04:57
Aprelin 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli publisist, dramaturq Nəcəf bəy Vəzirovun 165 illiyi münasibətilə “Nəcəf bəy Vəzirov-165” adlı kitab sərgisi açılıb.
Sərgidə dramaturqun Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunub.
Sərgi bir həftə davam edəcək.