Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
467

Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib

Fevralın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin 85 illiyi münasibətilə “Akademik Arif Paşayev” adlı kitab sərgisi açılıb.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan sərginin açılışından öncə kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli akademikin elmi fəaliyyəti haqqında məlumat verib.

Kitabxananın direktoru Azərbaycanda fizika, texnika və aerokosmika elminin inkişafında müstəsna rol oynamış, respublikamızda elmin, təhsilin təşkilində xüsusi xidmətlər göstərmiş görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı, fəal ictimai xadim akademik Arif Paşayevin 30-dan artıq kitab və monoqrafiyanın, 400-dən çox elmi əsərin müəllifi olduğunu və fizikanın müxtəlif sahələrinə həsr olunmuş 300-ə yaxın elmi əsərinin xarici ölkə mətbuatında nəşr olunduğunu, eyni zamanda, 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri aldığını, alimin əldə etdiyi elmi nəticələrin ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunduğunu, bir sıra sənaye müəssisələrində tətbiq edildiyini diqqətə çatdırıb.

Qeyd edib ki, alimin elmi əsərləri mühüm praktiki əhəmiyyət kəsb etməklə yanaşı, gənc alimlər üçün də çox dəyərli mənbələrdir, akademikin əsərlərində əks olunan fundamental elmi-texniki nəticələr, faydalı elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti, Azərbaycanda ali aviasiya təhsilinin müasir səviyyədə təşkili tanınmış ziyalının müstəsna xidmətlərindəndir.

K. Tahirov deyib: “Azərbaycan yazıçısı, görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmiş, özü də Azərbaycan elminə, təhsilinə layiqincə xidmət etmiş ziyalı milli dəyərlərimizin dünya miqayasında təbliğində əvəzsiz rolu olan övladlar yetirmişdir. Səmərəli elmi və elmi-təşkilati işlə yanaşı, olduqca faydalı pedaqoji fəaliyyətlə də məşğul olan akademik Arif Paşayevin rektoru olduğu Milli Aviasiya Akademiyası respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib. Azərbaycanda ilk dəfə olaraq müasir dünya standartlarına uyğun, təhsil, elm və istehsalatın vəhdətini nəzərdə tutan ali təhsil ocağı yaratmağa nail olmuş akademik Arif Paşayev ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin təlim və tərbiyəsini həmişə diqqətdə saxlayan qayğıkeş rəhbərdir”.

Kitabxananın direktor müavinləri Ədibə İsmayılova və Mələk Xanım Hacıyeva tədqiqatlarının əsas hissəsi yeni cihazların yaradılmasına, mövcud cihazların təkmilləşdirilməsinə, müxtəlif fiziki kəmiyyətlərin ölçülməsinin yeni metodlarının işlənilməsinə yönəldilmiş, yüksək elmi-praktiki potensiala və təşkilatçılıq qabiliyyətinə malik olan görkəmli alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas məqamlarından, elmi nailiyyətlərindən danışaraq, akademikin respublikamızın həyatında taleyüklü məsələlərin həllində səylərini əsirgəməyərək öz xalqına əvəzsiz xidmətlər göstərdiyini söyləyiblər.

Sərgidə akademik Arif Paşayevin Azərbaycan və digər dillərdə çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, müəlliflik şəhadətnamələri və ixtira patentləri haqqında yazılar, həmçinin alimin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında 300-dən artıq ədəbiyyat nümayiş edilir.

Sərgi on gün davam edəcək.

 

XƏBƏRLƏR

22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək
18.05.2019 18:23
18 may dünyanın hər yerində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur