23.04.2019 11:40
Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Bu məqsədlə aprelin 23-də Milli Kitabxanada “23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür” adlı geniş kitab sərgisi açılıb.
Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş dünya ədəbiyyatı nümayəndələrinin əsərləri, müəlliflik hüququ ilə bağlı kitablar və qəzet-jurnal materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.