Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1106

Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub

Aprelin 19-da Azərbaycan Milli Kitabxanasında ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının təqdimatları olub.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb.

Azərbaycan ədəbiyyatında öz dəstixətti ilə seçilən İsmayıl Şıxlının əsərləri bütün zamanlarda öz aktuallığı ilə seçilir.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “İsmayıl Şıxlı” biblioqrafik vəsaiti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilib. Biblioqrafiyada yazıçının həyat və yaradıcılığına aid zəngin materiallar toplanıb.

Diqqətə çatdırılıb ki, “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazası görkəmli yazıçının gələcək nəsillərə daha yaxından tanınması baxımından olduqca əhəmiyyətlidir.

Tədbirdə akademik Nizami Cəfərov çıxış edərək bildirib ki, Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığını ulu öndər Heydər Əliyevə hər zaman yüksək qiymətləndirib.

Akademik deyib ki, İsmayıl Şıxlı ən az yazan yazıçılardan olsa da, daha çox yadda qalan, sevilən qələm adamlarındandır.

Tədbirdə İsmayıl Şıxlının “Cəbhə gündəlikləri”, “Ayrılan yollar” “Ölən dünyam”, “Dəli Kür” romanları kimi sanballı əsərlərindən danışılıb. Yazıçının bir çox ədəbi qəhrəmanlarının təhlili verilib, "Dəli Kür” romanının ictimai şüurda dönüşə və özünüdərkə yol açdığı qeyd edilib.

İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyi, folklor xəzinəsindən bəhrələndiyi, yaratdığı əsərlərdə dərin fəlsəfi məna olduğu vurğulanıb. İsmayıl Şıxlı nəsri üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili-psixoloji aləmin zənginliyi və əlvanlığı baxımdan dəyərləndirilib.

Qeyd edilib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir, onun bənzərsiz yaradıcılığı yenidən tədqiq edilir.

“İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasını yazıçının 100 illiyinə sanballı töhfə kimi dəyərləndirən natiqlər bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb