Milli Kitabxanada “Xalq yazıçısı Anar” başlığı altında geniş tərtibatda kitab sərgisi açılmışdır
Mart ayının 14-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ssenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sədri, “İstiqlal”, “Şöhrət” və “ Şərəf” ordenli, “Heydər Əliyev mükafatı” laureatı, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomlu Xalq yazıçısı Anarın ( Rzayev Anar Rəsul oğlu) anadan olmasının 80 illik yubileyi münasibətilə “Xalq yazıçısı Anar” başlığı altında geniş tərtibatda kitab sərgisi açılmışdır. Sərgidə yazıçının Azərbaycan və xarici dillərdə müəllifi olduğu əsərləri, məsləhətçisi, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı kitablar, eləcə də ayrı-ayrı müəlliflər tərəfindən yazıçı haqqında yazılmış dəyərli kitablar və dövri mətbuat materialları sərgilənmişdir. Milli Kitabxana tərəfindən açılmış sərgi həftə ərzində davam edəcək.