Milli Kitabxanada Xalq yazıçısı İsa Muğannanın ( İsa Mustafa oğlu Hüseynov) anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq “İsa Muğanna-90” adlı sərgi açılmışdır
1888
12.06.2018
12.06.2018 04:23
İyunun 12-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli nasir və ssenarist, Xalq yazıçısı İsa Muğannanın ( İsa Mustafa oğlu Hüseynov) anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq “İsa Muğanna-90” adlı sərgi açılmışdır. Sərgidə yazıçının Azərbaycan və xarici dillərdə olan kitabları, ön söz yazdığı, redaktoru olduğu, tərcümə etdiyi və yazıçı haqqında ayrı-ayrı müəlliflərin yazdıqları kitablar, qəzet-jurnal materialları sərgilənmişdir. Sərgi 1 həftə davam edəcək.