Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3874

Milli İncəsənət Muzeyində “Fransız tətilləri” proqramına start verilib

2017-ci ilin əvvəlində Milli İncəsənət Muzeyi tolerantlıq mədəniyyəti və multikultural dəyərlərin qorunması və təbliği məqsədilə “Muzeylər mədəniyyətlər arasında körpüdür” layihəsinə start verib. Layihənin ikinci buraxılışı olan “Fransız tətilləri” proqramı tamaşaçılar tərəfindən xoş təssüratla qarşılanıb.

Proqramın açılışında uşaqlar üçün dostluq və xeyirxahlıqdan bəsh edən “Bənövşə” adlı kölgə teatr tamaşası təqdim olunub. Alaqaranlıq otaqda közərən lampalarla işıqlanan səhnə və fiqurlarının hərəkəti ilə canlanan tamaşa yaşından asılı olmayaraq bütün uşaqları sehrli aləmə qərq etdi.

Tamaşanın ardından uşaqlar valideynlərin müşayiəti ilə ustad dərslərinə qoşuldular. Şüşə üzərində rəngarəng boyalarla işığın, kamilliyin, qələbənin rəmzi olan və fransız krallarının gücünü təccəssüm etdirən “flör de lis”- zanbaq gülünün təsviri yaradıldı. Uşaqlar rəngli makaronlardan Parisin ən tanınmış memarlıq abidəsi - Eyfel qülləsinin kiçik surətini düzəltdilər.

 Diqqətimizdən kənar qalmayan valideynlər üçün Fransa və Azərbaycan mədəniyyəti arasında körpü yaradan Toğrul Nərimanbəyov yaradıcılığına həsr olunmuş “Paris xatirələri” adlı mühazirə təqdim olundu.İzləyicilər bir neçə dədiqəlik olsa da öz qayğılarını unudaraq ecazkar Paris turuna qoşuldular. Mühazirədə rəssamın keşməkeşli həyatı və əzimkar yaradıcılıq yolu, fərdi yaradıcılıq üslubu da vurğulandı.  

O cümlədən, valideynlər üçün Fransız ballarında kübar xanımların gizli silahına çevrilən “yelpik dili” jestlərinin prezintasiyası oldu.

Gün ərizində balaca qonaqlarımız bərpaçı-rəssam Samir Talıbovla birgə Paris eskizlərini yaratdılar.

Xatırladaq ki, cari ilin fevral ayında Milli İncəsənət Muzeyində layihənin ilk buraxılışı qışın sona yetməsinin və yazın gəlişinin rəmzi olan qədim slavyan bayramı – Maslenitsaya həsr olunmuşdur.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib