17.03.2020 10:18
Milli İncəsənət Muzeyinin COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə fəaliyyətini dayandırmasına baxmayaraq onun zəngin kolleksiyasının əsas eksponatları ilə müasir və istifadədə rahat olan mobil tətbiqi yükləməklə evdən çıxmadan tanış olmaq mümkündür.
Mobil tətbiqetmə həm böyüklər, həm də uşaqlar üçün mövcuddur və 5 dildə- Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində təqdim olunur.