Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
603

Milli Qurtuluş Günü Sabirabadda təntənəli şəkildə qeyd edildi

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Sabirabad rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında  ümumşəhər  tədbiri keçirildi.  Tədbirdə  Sabirabad rayon  İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət  nümayəndələri iştirak ediblər.

Sonra tədbir Ulu öndərin adını daşıyan Mərkəzin qarşısında davam etdirildi. Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.” – deyə qeyd etmişdir.

Rəsmi hissədən sonra tədbir  bayram konserti ilə davam edib. Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin,  “Ana Kür” xalq çalğı alətləri ansambılının müşayiəti ilə olan konsertdə Əməkdar artistlər Yusif Mustafayev və Ehtiram Hüseynov, digər tanınmış müğənnilər, habelə Sabirabad rayon Adil İsgəndərov adına Xalq Teatrı aktyorlarının  ifasında  ölkəmizə, ulu öndərə həsr edilmiş kompozisiyalar, Əhmədabad kənd Folklor evinin “Axısxa Halay Türk” folklor qrupunun rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatdı.

XƏBƏRLƏR

19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq