21.06.2019 03:01
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbində birinci sinif şagirdləri üçün not bayramı keçirilib.
Tədbirdə maraqlı konsert proqramı təqdim olunmuşdur. Məktəbin kiçik xoru və ayrı-ayrı instrumental ifaçılar O.Zülfüqarovun, T.Quliyevin, Rimski-Korsakovun, F.Əmirovun, Ə.Abbasovun və digər görkəmli bəstəkarların əsərlərini təqdim etmişlər. Məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəciklər bayrama daha da rəng qatıb.
Tədbir iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.