Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2391

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib

Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb. Fənn birliklərində və dəyrimi masa ətafı tədbirlərdə aktual müzakirələr aparılıb, tələbələrin iştirakı ilə rəsm və inşa müsabiqələri təşkil edilib, ən yaxşı divar qəzetlərinin xüsusi buraxılışları kollektivə və müəssisənin qonaqlarına nümayiş olunub.

Anım tədbirləri silsiləsinə daxil olan tələbələrin əl işlərindən ibarət sərgi və elmi- nəzəri konfrans əhəmiyyəti və diqqətə layiq məqamları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Öncə kollec rəhbərliyinin, pedaqoq və tələbələrin iştirakı ilə rəsm və əl işləri sərgisinə baxış keçirilib. Qeyd edək ki, sərgidə  dövlətçilik ənənələrindən, xalqın mübarizə tarixindən və 20 yanvar faciəsindən bəhs edən nümunələr üstünlük təşkil edib. Eyni zamanda monitor vasitəsilə sərgi iştirakçılarına 1990-cı ilin 20 yanvar hadisələrinə həsr olunmuş videoçarx təqdim olunub.

Daha sonra “20 yanvar  faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı elmi-nəzəri konfransada bir araya gələn tədbir iştirakçıları tarixi dəlillərə istindadən əhəmiyyətli müzakirələr aparıb.

Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov  20 yanvar faciəsi qurbanlarının timsalında cəmi Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik  sükutla yad etməyi təklif edib. Bundan sonra çıxışına davam edən Ə.Əyyubov Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinə dair dəyərli faktlar açıqlayıb. Sovet hərb maşını önündə yumruqları düyünlənmiş halda dik dayanan xalqın davranışını böyük qəhrəmanlıq nümunəsi adlandırıb. Əyyub Əyyubov  hadisələrin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində sərt açıqlamalarla çıxış edən, daha sonra  siyasi hakimiyətdə olduğu dönəmlərdə faciyəyə hüquqi, siyasi qiymət verilməsinə nail olmuş ümummilli lider Heydər Əliyevin iradəsi və vətənpərvərliyi önündə baş əydiklərini bildirib:

“Xalqımızın qəhrəmanlığı və şəhidlərimizin hünəri sayəsində Azərbaycan xalqı dünyada heç də hər millətə nəsib olmayan müstəqil dövlətçiliyinə qovuşdu. Biz azadlığın necə dəyərli nemət olduğunu müstəqillik dönəmində daha dərindən anladıq. Buna görə də müstəqilliyimizin əbədi olması üçün hər cür fədakarlığa hazır olmalıyıq”

Daha sonra konfrans iştirakçılarına qanlı  20 yanvar hadisələrindən bəhs edən növbəti sənədli film nümayiş olunub.

Qeyd etmək lazımdır ki, konfrans ərzində biri-birindən məzmunlu və aktual məruzələr dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Vüqar Nağıyev və Gülay İbrahimli müvafiq olaraq “Sənətində də şəhidliyində də zirvələrdə əbədiləşdi”, “20 yanvar faciəsindən 28 il ötür” və “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  mövzularında məruzələrlə çıxış edib. Çıxışlarda dövrün siyasi reallığı, hadisələrin inkişaf mərhələləri və faciə günü ilə bağlı təkzibolunmaz faktlar açıqlanıb.

Ardınca kollec rəhbərliyi tərəfindən  rəsm və inşa müsabiqəsi qaliblərinə fəxri-fərmanlar təqdim olunub.

Konfrans ənənəyə uyğun olaraq ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Tələbə özfəaliyyət qrupu fəalları hadisələri musiqi ritmlərinin müşayəti və poetik ifadələrlə iştirakçılara təqdim edib.

Konfransa yekun vuran professor Əyyub Əyyubov gənclərin vətənpərvər ruhunun möhkəmləndirilməsi üçün pedoqoji heyətin üzərinə düşən  strateji vəzifələrdən danışıb.  Hər kəsi daim Azərbaycanın şərəfli tarixi və milli dəyərləri haqqında məlumatlı olmağa və mövcud ənənələrin qorunmasında vətəndaş fəallığı nümayiş etdirməyə  səsləyib.  Bu mənada ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin Cumhuriyyət ili elan olunmasını Azərbaycan xalqının tarixinə verilən dəyərli  hadisə adlandırıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb